Abxaziya
Ekskluziv
2371
09:21, Bu gün

Abxaziya "prezident"liyinə yeni namizəd Gürcüstanla münasibətlərin normallaşması şərtlərini açıqladı...

"Münasibətlərin normallaşması prosesinə başlamaq üçün Gürcüstan hakimiyyəti işğal olunmuş ərazilərlə bağlı qanunu ləğv etməlidir". 
 
Moderator.az "Kavkazskiy uzel" nəşrinə istinadla xəbər verir ki, bunu deyən qondarma "Abxaziya respublikası" "prezident"liyinə namizəd Adqur Ardzinbanın sözlərinə görə, tam barışığı Abxaziyanın müstəqilliyinin tanınması simvollaşdırır.
 
 Beş partiya və ictimai təşkilat müxalifətdə olan “Abxaziya Xalq Hərəkatı”nın rəhbəri Adqur Ardzinbanı növbədənkənar "prezident seçkiləri"ndə namizəd kimi irəli sürmək niyyətindədir. Noyabrın 15-də Rusiya ilə investisiya sazişinin əleyhdarları Suxumidə hökumət binaları kompleksini zəbt edib və prezident Aslan Bjaniya istefaya gedənə qədər oranı tərk etməyəcəklərini bəyan ediblər. Danışıqlardan sonra Bjaniya etirazın başa çatması şərti ilə istefa verməyə razılaşıb. Noyabrın 19-da parlament Bjaniyanın istefasını təsdiqləyib və onun müavini Badru Qunbanı "prezident" səlahiyyətlərini icra edən təyin edib.
 
2008-ci il avqustun 8-də Rusiya Gürcüstan və Cənubi Osetiya arasında silahlı münaqişəyə müdaxilə etdikdən və daha sonra Cənubi Osetiya və Abxaziyanın "müstəqilliyi"ni tanıdıqdan sonra Gürcüstan Abxaziya və Cənubi Osetiyanı Rusiyanın işğal etdiyi ərazilər hesab edir. Bundan sonra Gürcüstan parlamenti Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə səs verib.
 
"Gürcüstan və qismən tanınan Abxaziya arasında münasibətləri normallaşdırmaq üçün ilk addım Moskvanın Suxuminin müstəqilliyini tanımasından sonra 2008-ci ildə qəbul edilmiş Gürcüstanın “işğal olunmuş ərazilər haqqında qanunu”nun ləğvi olacaq. Barışıq yolunda son addım Gürcüstan tərəfinin “tarixi və faktiki reallığı” – Abxaziyanın müstəqilliyini tanıması olacaq", -bunu  “Vedomosti” nəşrinə müxalif “Abxaziya Xalq Hərəkatı” ictimai təşkilatının sədri Adqur Ardzinba bildirib.
 
“Gürcü arzusu” partiyası 2012-ci ildən bəri kifayət qədər uzun müddətdir ki, hakimiyyətdədir, lakin münasibətlərin əsaslı şəkildə tənzimlənməsi istiqamətində ciddi addımlar atılmayıb. Orada "işğal olunmuş ərazilər haqda qanun" var ki, o, ölkəmizdə xarici sərmayə, xarici iqtisadi əlaqələr və biznesin normal fəaliyyəti üçün çətinliklər yaradır. Məsələn, bu qanunu ləğv etməklə başlaya bilərik <...> Bizim mövqeyimiz aydındır - biz müstəqil dövlətik. Barışıq və münasibətlərin normallaşması istiqamətində istənilən addımlar bu sadə addımdan – tarixi və faktiki reallığın tanınmasından başlamalıdır”, - deyə Ardzinba vurğulayıb.
 
Onun sözlərinə görə, münasibətləri həll etməyə hazır olduqlarını bəyan edən gürcü rəsmilərinin “işlərinə baxmaq” lazımdır.
 
Xatırladılır ki, 2020-ci ildə Adqur Ardzinba növbədənkənar "prezident seçkiləri"ndə iştirak edib. Səsvermənin nəticələrinə görə, Aslan Bjaniya səslərin 56,5%-ni, seçicilərin 35,57%-i Adqur Ardzinbaya, 2,22%-i isə üçüncü namizəd Leonid Dzapşbaya səs verib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər