Ekskluziv
877
07:35, Bu gün

"ATEŞ" partizan hərəkatı Ukraynanın Ləyaqət və Azadlıq Günündə uğurlu əməliyyat keçirdi...

Agent düşmən bölmələrindən birinin hücum planları haqqında məlumat ötürüb...
 
Ukraynanın Ləyaqət və Azadlıq Günündə(21 noyabr) əsasən Krım tatarlarından ibarət “ATEŞ” partizan hərəkatı uğurlu əməliyyat haqqında məlumat yayıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatda deyilir.
 
Altı ay əvvəl  agent Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayıb, bundan sonra o, pilotsuz uçuş aparatlarının operatorları üçün təlim mərkəzinə göndərilib. Təlimdən sonra müvafiq vəzifə üçün briqadalardan birinə təyin edilib və Ukraynanın Donetsk vilayətindəki döyüş bölgəsinə yolladılıb.
“Bütün bu müddət ərzində o, bizə Ukrayna Müdafiə Qüvvələrinə hər cür əməliyyat məlumatı, o cümlədən qərargahların və silah-sursat anbarlarının yerləşdiyi yerlər haqqında məlumatlar verib”, - mesajda belə deyilir.
 
Bir müddət əvvəl agent düşmən bölmələrindən birinin Toretsk istiqamətində hücum planları barədə məlumat ötürüb. Hücum edən PUA operatorlarının  yeri məlum olub və hədəfə zərbə endirilib.
 
Nəticədə 2 işğalçı yaralanıb, 3-ü ölüb.
 
Xatırladılır ki, noyabrın 20-də “ATEŞ” partizanları Zaporojye vilayətinin Urojaynı məntəqəsi yaxınlığındakı dəmir yolunda diversiya törədiblər. Agentlərdən biri Böyük Tokmak və Yuxarı Tokmak stansiyaları arasında dəmir yolu infrastrukturunun mühüm elementi olan rele kabinetini dağıdıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər