Ekskluziv
2181
21 Nov 2024 | 16:55

"ABŞ-ın Qəzza ilə bağlı vetosu soyqırımın davam etdirilməsinə sövq edir" - "Anadolu" agentliyi

 
"Birləşmiş Ştatlar Qəzza bölgəsində baş verən soyqırımına görə İsrail ilə bərabər məsuliyyət daşıyır..."
 
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyub
 
HƏMAS təşkilatı ABŞ-ın Qəzzada atəşkəs, əsirlərin azad edilməsi və aclıq ölümünün qarşısının alınmasını tələb edən qətnamə layihəsinə dördüncü dəfə veto qoyması "soyqırımın davam etdirilməsinə sövq edən aqressiv mövqe" kimi dəyərləndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
 
"Veto qərarı Vaşinqtonun Fələstin xalqına hücumların, uşaqlar və qadınların qətlləri, Qəzza bölgəsində mülki insanların həyatına son qoyulmasının nəinki birbaşa iştirakçısı olduğunu, həm də İsrail kimi soyqırım və etnik təmizləməyə görə birbaşa məsuliyyət daşıdığını bir daha təsdiq edib", - bu barədə Fələstin hərəkatının bəyanatında deyilir.
 
HƏMAS Vaşinqtonun BMT TŞ-nın dərhal atəşkəs, İsrail qoşunlarının Qəzza bölgəsindən çıxarılması və Fələstin xalqının İsrailin bir neçə ay ərzində xüsusilə Qəzza bölgəsinin şimalında ABŞ-ın dəstəyilə həyata keçirdiyi hücumları nəticəsində yaranmış humanitar fəlakətin nəticələrindən xilas edilməsini tələb edən qətnaməsinə veto qoymaq qərarını qətiyyətlə pisləyir, sənəddə deyilir.
 
Fələstin hərəkatı Vaşinqton administrasiyasına, əgər iddia etdiyi kimi həqiqətən müharibələrə son qoymağa və regionda təhlükəsizlik və sabitliyi təmin etməyə can atırsa, bu təcavüzkar siyasətinə son qoymağa çağırış edir.
 
Bəyanatda ABŞ-ın beynəlxalq birliyin iradəsinə həddən artıq müdaxilə etməsinə son qoyulması ilə bağlı müraciət edilib. HƏMAS qeyd edir ki, bu, regionda və onun hüdudlarından kənarda müharibə, ölüm, dağıntılar və xaosdan başqa heç nə qazandırmayacaq.
 
Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza bölgəsində atəşkəslə bağlı qətnamə layihəsinə veto qoyub. Qətnamə dərhal və daimi atəşkəs, girovların azad edilməsi və bölgəyə zəruri həcmdə humanitar yardımın çatdırılmasını nəzərdə tutub. Təhlükəsizlik Şurasının digər 14 üzvü qətnamə layihəsinin lehinə səs verib.
 
Səsvermədən sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, "Moskva amerikalı həmkarlarımızın Təhlükəsizlik Şurasının fələstinli və israillilərin həyatlarının xilas edilməsi üzrə səmimi səylərinin əngəlləməsindən şoka düşüb".
 
"Bu gün siz on minlərlə günahsız vətəndaşların ölümünə, qaçqınların məhrumiyyətlərinə, girovlar və qanunsuz saxlanılan fələstinlilərin əzablarına görə tam məsuliyyət daşıdığınızın altından son imzanızı qoydunuz", - o, qeyd edib.
 
Bu arada isə HƏMAS müharibə dayandırılmayanadək girovlarla bağlı sövdələşməni rəsmən rədd edib. Bu barədə HƏMAS-ın Qəzza bölgəsində rəhbəri vəzifəsini icra edən Xəlil Əl-Həyya bəyan edib.
 
"Müharibəyə son qoyulmadan əsirlər mübadiləsi ola bilməz. Əgər təcavüzə son qoyulmayacaqsa, niyə əsirlər qaytarılmalıdır ki? Sağlam düşüncəli adam müharibə davam edərkn öz güclü kartını itirə bilərmi?".
 
Bu arada isə İsrail ordusu bölgədə qeyri-müddətə qalmaqda davam edir və Qəzzanın hərbi idarəetmə sxemi üzərində işləyir.
 
Qeyd edək ki, ABŞ Senatı İsrailə silah tədarükünün məhdudlaşdırmağa çağırış edən senator Berni Sandersin təklifini səs çoxluğu ilə rədd edib. Söhbət İsrailə JDAM sistemlərinin tədarükündən gedir. Bu sistemlər İsrailə idarəedilməyən döyüş sursatlarını yüksək dəqiqli bombalara çevirməyə imkan verir.
Link kopyalandı!
Son xəbərlər