Ekskluziv
391
15:32, Bu gün

"Biz sülh naminə ərazilərimizdən imtina etməyəcəyik" - Zelenski

 
"Ukrayna Krımı yalnız diplomatik yolla geri qaytarmaq imkanını nəzərdən keçirir..."
 
Ukrayna öz ərazisinin işğal edilmiş hər-hansı bir hissəsini hüquqi cəhətdən Rusiyanın ərazisi kimi tanımyacaq. Buna baxmayaraq, Krım hərbi yolla geri qaytarılmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Fox News" nəşrinə müsahibəsində bəyan edib.
 
"Biz işğal edilmiş ərazilərimizin hər-hansı bir hissəsini hüquqi cəhətdən Rusiyanın ərazisi kimi tanıya bilmərik. Söhbət Putin tərəfindən tammiqyaslı hərbi müdaxilədən öncə, 2014-cü ildə işğal edilmiş ərazilərdən gedir. Hüquqi cəhətdən biz bunu tanımırıq, biz bunu anlamırıq", - o, bəyan edib.
 
Zelenski həmçinin Ukraynanın Krımı yalnız diplomatik yolla geri qaytarmaq imkanını nəzərdən keçirdiyi barədə jurnalistlərlə bölüşüb.
 
"Mən artıq bu barədə demişəm, biz Krımı diplomatik yolla geri qaytarmağa hazırıq. Biz Krımın qaytarılması naminə on minlərlə insanımızı itirə bilmərik. Biz anlayırıq ki, Krımı diplomatik yolla geri qaytarmaq mümkündür", - prezident vurğulayıb.
 
Bundan başqa, Zelenski jurnalistlərə deyib ki, Ukrayna ABŞ-ın dəstəyi olmadan da döyüşməkdə davam edəcək. Buna baxmayaraq, o, hesab edir ki, Vaşinqton tərəfindən hərbi yardımın kəsiləcəyi təqdirdə Rusiya qalib gələ bilər:
 
"Əgər onlar maliyyələşməni azaltsalar, düşünürəm ki, biz məğlub olacağıq. Biz silah istehsal edirik, amma qələbə qazanmaq üçün bu, yetərli deyil. Düşünürəm ki, sağ qalmaq üçün bu, kifayət etməyəcək".
 
Ukraynada müharibə - son xəbərlər
 
Bundan öncə xəbər verilib ki, rusiyalılar Donetk vilayətində iki ukraynalı hərbi əsiri güllələyib. Bundan başqa, daha üç müdafiəçinin qətlə yetirilməsi barədə məlumat yoxlanılır.
 
Bundan başqa, Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çençov ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə zərbələrə icazə verməsini dəyərləndirib. O, vurğulayıb ki, dünyanın digər ölkələri də bundan nümunə götürməlidir.
Link kopyalandı!
Son xəbərlər