“Tramp administrasiyası  Azərbaycana yox, Ermənistana təzyiq edə bilər...”
Ekskluziv
1015
15:15, Bu gün

“Tramp administrasiyası  Azərbaycana yox, Ermənistana təzyiq edə bilər...”

“Azərbaycanın müəyyən rəsmi və qeyri-rəsmi yönlərdə Trampla əlaqələri var. Məsələn, onun biznes əlaqələri istiqamətində Azərbaycan iş adamları ilə bağlılığı var. Təbii ki, bunların da Ağ Evin Azərbaycana rəsmi münasibətinə təsiri olacaq...”
 
“ABŞ-dakı prezident seçkiləri öncəsi adətən namizədlər müəyyən vədlər verirlər. Və özləri də bilirlər ki, həmin sözlərin çoxu elə vəd olaraq qalacaqdır. Onların reallıqla heç bir əlaqəsi yoxdur.  Və o da var ki, Amerikadakı erməni lobbisi öz neçə yüzillik fəaliyyəti nəticəsində “erməni məsələsi”nin ölkədə gündəmə gətirilməsinə nail olub. Ona görə də həm prezident, həm də Konqresə, Senata seçkilərdə də bütün namizədlər çalışır ki, ermənilərlə müəyyən münasibət qurusunlar. Bəzən deyirlər ki, bunu ermənilərin səslərini qazanmaq üçün edirlər. Amma əslində çoxluq baxımından ermənilərin səsi seçkilərə  ciddi təstir göstərmir. Əsas məqsəd Amerikadakı varlı ermənilərin pullarını seçkilərə cəlb etmək yarışı gedir. Ona görə də ermənilər hər dəfə axmaqlıqlarından aldanaraq pullarını xərcləyirlər, lakin sonda heç nəyə nail ola bilmirlər”.
 
Bunu Moderator.az-a açıqlamasında yeni seçilmiş Birləşmiş Ştatlar prezidenti Donald Trampın seçkiqabağı sosial şəbəkə paylaşımlarında Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlanmasına nail olması vədləri haqda danışarkən AZVP sədri Akif Nağı söyləyib.
 
“Bir sözlə, yeni seçilmiş prezident Tramp da seçkiöncəsi təbliğat zamanı başqa sözlər deyirdi, hakimiyyətə gələndən sonra tamam başqa sözlər deyəcək.  Amma onun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dediklərinin içərisində əsas xətt iki ölkə arasında sülh sazişinin imzalanmasına nail olmaqdır. Son aylar hazırkı prezident Co Bayden də buna çox çalışırdı və bildiyiniz kimi, bu haqda açıq məktubla Azərbaycan və Ermənistan rəhbərlərinə müraciət də etdi.  Onun da əsas məqsədi demokratların namizədi Kamala Harrisə seçkilərdə xal qazandırmaq idi. Ancaq bu alınmadı. Birincisi, onu demək lazımdır ki, ABŞ 30 il ərzində Azərbaycanla Ermənistan arasında hər hansı bir sülhə nail ola bilmədi. Bir neçə dəfə ermənilərin xeyrinə olmaqla buna cəhd elədi, o da sonda alınmadı. Bilirsiz ki, 1990-cı illərdən sonlarında Dövlət katibinin müavini Stroub Tolbotun təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında hansısa bir sənədin imzalanması təklifi var idi və gündəmdə idi. Lakin Ermənistan parlamentinin gülləbaran ediıməsi ilə həmin proses dayandı. Yenə Ağ Evin təşəbbüsü ilə iki ölkə liderlərinin Ki-Uest görüşü oldu. Tərəflər hansısa sənədin imzalanmasına çox yaxın idilər. Amma sonda yenə də heç bir nəticə olmadı. Yəni Azərbaycanın hələ zəif olduğu dövrdə də ermənilərin xeyrinə nəyəcə nail ola bilməyən ABŞ administrasiyası indi, ölkəmizin bu güclü dövründə, təbii ki, rəsmi Bakının istəyi olmayan heç bir sənədin imzalanmasına nail ola bilməyəcəkdir. Bu mənada Trampın da dedikləri quru söz olaraq qalacaqdır. Ancaq reallıqla hesablaşmağa məcburdurlar. Azərbaycanın müəyyən rəsmi və qeyri-rəsmi yönlərdə Trampla əlaqələri var. Məsələn, onun biznes əlaqələri istiqamətində Azərbaycan iş adamları ilə bağlılığı var. Təbii ki, bunların da Ağ Evin Azərbaycana rəsmi münasibətinə təsiri olacaq.  Digər tərəfdən, Azərbaycan tərəfinin xeyi vaxtdır ki, bəyan etdiyi ciddi şərtlər var və həmin şərtlər yerinə yetirilməmiş heç bir sazişin imzalanmasından söhbət gedə bilməz. Vaşinqtonda da artıq bilirlər ki, rəsmi Bakı bu mövqeyində qətidir. Və buna görə də Tramp administrasiyası da Azərbaycana yox, Ermənistana təzyiq edə bilər ki, qoyulan şərtlərlə razılaşsın”, - deyə davamında partiya sədri diqqətə çatdırıb.
 
Sultan Laçın 
 
 
Link kopyalandı!
Son xəbərlər