Ekskluziv
1881
21 Nov 2024 | 14:29

"Rusiyaya "ATACMS və "Storm Shadow" raket zərbələri müharibənin xarakterini dəyişir" - ISW

 
"USQ Hava Qüvvələri Qərb silahından daha mürəkkəb və effektli zərbə "paketlərinin" yaradılması üçün istifadə edir..."
 
Ukrayna Silahlı Qüvvələri (USQ) Qərbin uzaqvuran raketlərindən Rusiya ərazisində hərbi obyektlərə zərbələr üçün istifadəyə başlayıb, bu da müasir çoxprofilli müharibəni daha yaxşı nəticələrlə aparmağa kömək edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, Ukraynanın 19-20 noyabrda Rusiyaya bir sıra zərbələri Müdafiə Qüvvələrinin müttəfiqlər tərəfindən verilmiş silahdan daha mürəkkəb və effektli zərbə "paketlərinin" yaradılması üçün istifadə etdiyini göstərir.
 
"Atəşlər zamanı USQ o cümlədən uzaqmənzilli zərbə dronları və "Storm Shadow" raketlərindən istifadə edib və Rusiyanın dərinliklərində müxtəlif hərbi hədəflərə zərbələr endirib", - analitiklər qeyd edib.
 
Əlavə edilir ki, Ukrayna Rusiya dərinliklərinə müxtəlif hərbi hədəflərə, o cümlədən aviasiya bazaları, komanda qərargah məntəqələri və artilleriya anbarlarına zərbələr endirilməsi üçün PUA-lardan istifadə edilməsində öz səmərəliliyini sübut edib. 
 
"Ukraynanın silah arsenalında hava və dəniz dronları, Qərbin verdiyi F-16 təyyarələr, HIMARS sistemləri və ATACMS ballistik raketləri var. Hərçənd, son sistemlərin tətbiqindən USQ-nin maksimal üstünlüklər əldə etməsi üçün istifadə şərtləri məhduddur", - hesabatda deyilir.
 
ISW qeyd edir ki, USQ-nin bundan sonra da müttəfiqlərindən hərbi yardıma, habelə Ukraynanın Rusiyanın dərinliyinə və döyüş meydanında uğurla taktiki və operativ səviyyəli zərbələr endirməsi üçün öz innovasiyaları və istehsalına ehtiyacı var.
 
Ukrayna üçün uzaqvuran silah
 
Noyabrın 17-də "The New York Times" nəşri məlumat verib ki, ABŞ Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.
 
Sonradan "Le Fiqaro" qəzeti "Storm Shadow" raketlərinin də istifadə edilməsinə qadağanın götürüldüyü barədə məlumat yayıb.
 
Artıq noyabrın 19-da bəlli olub ki, Ukrayna ilk dəfə olaraq ATACMS raketlərindən Rusiyaya zərbələr endirib. Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığında silah arsenalı məhv edilib.
 
Noyabrın 20-də "Bloomberg" nəşri məlumat verib ki, Ukrayna ilk dəfə olaraq Rusiyaya Britaniyanın "Storm Shadow" raketləri ilə hücum edib.
 
"Defence Express" əlavə edib ki, ehtimal ki, hədəfdə Rusiya ordusu komandanlıqlarından birinin və KXDR generallarının olduğu yeraltı bunker olub.
Link kopyalandı!
Son xəbərlər