Ekskluziv
2797
21 Nov 2024 | 13:22

"Rusiya 2045-ci ilədək Ukraynanın bölünməsi planını Trampa təqdim etmək istəyir" - "New Voice of Ukraine"

 
"Rusiyalılar Ukraynanı üç hissəyə bölmək istəyir, Ukraynanın qərb hissəsinin taleyi Macarıstan, Polşa və Rumıniya tərəfindən həll ediləcək..."
 
Rusiya Müdafiə Nazirıliyinin hazırladığı sənəddə dünyada 2045-ci ilədək hərbi-siyasi vəziyyətin inkişaf proqnozu verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "New Voice of Ukraine" nəşri kəşfiyyat birliyindəki mənbələrə istinadən yazıb.
 
Onların sözlərinə görə, Rusiya bu sənədi ABŞ-ın yeni prezidenti Donald Tramp və onun administrasiyasına digər ölkələrin hökumətləri və nümayəndələri vasitəsilə çatdırmaq istəyir.
 
Qeyd edilir ki, Rusiyanın "yeni regionlarının" tərkibinə Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri, habelə Krımın daxil edilməsi planlaşdırılır.
 
Bununla yanaşı, rusiyalılar tərkibində Kiyev, Çerniqov, Xarkov, Poltava, Kirovoqrad, Dnepropetrovsk, Odessa, Çerkassk, Vinnitsa və Jitomir vilayətlərinin daxil olacağı "rusiyayönümlü dövlət qurumu" yaratmaq istəyir.
 
Planda ərazilərin bu hissəsinin Avropa və Avroatlantika inteqrasiyasından imtina etməsi nəzərdə tutulur, burada Rusiyanın daimi hərbi  mövcudıuğu olacaq.
 
Ukraynanın qərb hissəsinin taleyini rusiyalılar Macarıstan, Polşa və Rumıniya ilə həll etmək istəyir. Volın, Roven, Xmelnitsk, Lvov, İvano-Frankovsk, Ternopol, Çernovitsı və Zakarpatye vilayətlərini onlar "mübahisəli ərazilər" adlandırıb.
 
Rusiya Ukraynanı məhv etmək istəyir
 
Bundan öncə xalq deputatı Nikolay Knyajitski bəyan edib ki, Rusiya ABŞ-ın yeni prezidenti Donald Trampın "sülh planlarına" rəğmən, hələ də Ukraynanı məhv etmək istəyir.
 
O, vurğulayıb ki, hələlik ABŞ-ın yeni administrasiyasının necə hərəkət edəcəyini əslində heç kim bilmir.
 
Bundan başqa, Putinin mətbuat katibi Dmitri Peskov ilk dəfə olaraq "xüsusi hərbi əməliyyatı" müharibə adlandırıb və etiraf edib ki, Kreml Ukraynanı məhv etmək istəyir.
 
Onun sözlərinə görə, rusiyalılara qarşı, guya, "kollektiv Qərb kampaniyası" döyüşür.
Link kopyalandı!
Son xəbərlər