Bizi sosial şəbəkələrdən izləyin:
Nikol Paşinyanın deputat Karen Saruxanyandan başqa komanda yoldaşlarından daha bir neçəsini qan analizinə göndərdiyinə dair məlumatlar yayılıb. Komandada onların da narkotik sevgisi olması açıq-aşkar danışılır.
Moderator.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, qan analizinə göndərilənlər arasında deputatlar, nazirlər də var.
Xəbərdə deyilir ki, komitə sədri Andranik Köçəryan “Vətəndaş sazişi” partiyasında narkotikə aludəçilikdən çox danışır. O mətbuatda şəxsən Qraç Akopyan və Sisak Qabrielyanı “narkotik alverçisi”, “narkobaron” və digər ifadələrlə adlandırıb.
Xatırladılır ki, dünən Karen Saruxanyanla bağlı xəbərlərin yayılmasından sonra bəzi hökumət rəsmiləri onun mandatının alınacağı haqda danışıblar.
S.Laçın