Çin iki okean arasında dəmiryolu inşa etməyi düşünür
Ekskluziv
1017
00:36, Bu gün

Çin iki okean arasında dəmiryolu inşa etməyi düşünür

"Çankay limanı Cənubi Amerikadan Çinədək malların daşınması üçün dəniz yolunu 10 gün qısaldacaq..."
 
ÇXR sədri Si Tszinpin Sakit və Atlantik okeanları arasında dəmiryolu inşasının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Boliviya prezidenti Lius Arse məlumat verib. Məlumatı SİTA agentliyi yayıb.
 
Onun sözlərinə görə, Çin lideri Sakit və Atlantik okeanları arasında Perunun Çankay meqalimanından başlayan, Boliviya və Braziliya kimi BRİCS tərəfdaş ölkələrin ərazisindən keçən qatarların hərəkəti layihəsinə maraq göstərib.
 
Arse əlavə edib ki, Braziliyada Si Tszinpinlə görüşdə o, həmçinin litium və dağ-mədən sənayesi sahəsində birgə layihələrə də maraq göstərib.
 
Si Tszinpin və Peru prezidenti Dina Boluarte noyabrın 14-də Çankay limanının rəsmi açılış mərasimində iştirak edib. 
 
Bu liman Cənubi Amerikadan Çinədək malları daşımaq üçün dəniz yolunu 10 gün qısaldacaq.
 
Çinin "COSCO Shipping" logistik şirkətinin layihədə payı 60 faiz təşkil edir. Ümimi investisiya 3, 4 milyard dollar təşkil edir.
 
Lima şəhərindən şimala 70 km məsafədə yerləşən liman o cümlədən mövcud konteyner daşıyıcılarından ən böyüklərini qəbul edə biləcək.
Link kopyalandı!
Son xəbərlər