Ekskluziv
231
15:34, Bu gün

"Avropa ölkələrinin İrana qarşı əlavə sanksiyaları əsassız və qanunsuzdur" - İran XİN rəhbəri

 
"Araqçı İsrailin Qəzza və Livanda döyüş əməliyyatlarının dayandırılması üçün Qərb tərəfdaşlarına təcili tədbirlər görülməsinə çağırış edib..."
 
Bir sıra Avropa ölkələrinin İran İslam Respublikasına qarşı tətbiq etdiyi əlavə sanksiyalar əsassız və qanunsuzdur.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Abbas Araqçı özünün fransız həmkarı Jan-Noel Barro ilə telefon söhbəti zamanı bəyan edib. Məlumatı "Mehr" informasiya agentliyi yayıb.
 
Məlumatda deyilir ki, Araqçı və Barro nüvə danışıqları ilə bağlı son hadisələri müzakirə edib.
 
Araqçı Almaniya, Fransa və Böyük Britaniyanın MAQATE-nin İdarəetmə Şurasının iclasında İranın məzəmmət edilməsi barədə qətnamənin təqdim edilməsi qərarını qətiyyətlə pisləyib və bəyan edib ki, belə addım "İran və MAQATE arasında yaranmış nikbin atmosferə ziddir və problemi daha da mürəkkəbləşdirəcək".
 
Regional məsələlərə toxunan iranlı diplomat diqqətini İsrail rejiminin Livana qarşı davam edən təcavüzü və Qəzzada arası kəsilməyən zorakılığa yönəldib.
 
O, İsrailin Qərb tərəfdarlarının bu faciələri əbədiləşdirmək niyyətlərinə görə məsuliyyətini vurğulayıb və bütün maraqlı tərəflərə İsrail hökumətinin Livan və Qəzzada döyüş əməliyyatlarının dayandırılmasına vadar etmək üçün təcili tədbirlər görülməsinə çağırış edib.
 
Xatırladaq ki, bazar ertəsi, noyabrın 18-də Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə, habelə Yaxın Şərqdə və Qırmızı dəniz regionunda silahlı qruplaşmalar və qurumlara dəstək verilməsi ilə əlaqədar olaraq İrana qarşı sanksiyaların genişləndirilməsi barədə elan edib. 
 
Ötən həftə İran MAQATE-nin baş direktoru Rafael Qrossi və onun komandasının İranın iki əsas nüvə obyekti olan Fordo və Natanz obyektlərini ziyarət etməyə icazə verib. Məqsəd adıçəkilən qətnamənin qarşısını almaq olub, lakin göründüyü kimi onun bu niyyəti baş tutmayıb.
 
"İran nüvə silahının yayılmaması və zəmanətlər barədə  sazişlər üzrə öz öhdəliklərini icra etməyib. Bu yaxınlarda Rafael Qrossinin Tehrana səfəri bu dəyərləndirməni dəyişməyib", - bunu Almaniya XİN nümayəndəsi "İran İnternational" nəşrinə müsahibəsində bəyan edib.
Link kopyalandı!
Son xəbərlər