Ekskluziv
812
13:55, Bu gün

"Tramp Putindən xeyli güclüdür və onu sülhə məcbur edə bilər" - Zelenski

 
"Birləşmiş Ştatlar daha güclüdür, onun bütün imkanlarından istifadə edilərsə, Tramp Putinə təsir edə biləcək..."
 
Müharibənin dayandırılmasının yeganə yolu diplomatiyadır, bu zaman ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putini sülhə məcbur edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Putin "Fox News" nəşrinə müsahibəsində bəyan edib.
 
"Bu gün Putindən çox şey asılıdır və o, bu müharibəyə son qoya bilər. Lakin bundan daha çoxu ABŞ-dan asılıdır.
 
"Putin Trampdan zəifdir. ABŞ prezidentinin gücü də, hakimiyyəti də, silahı da var və o, enerjidaşıyıcılarının qiymətini aşağı sala bilər. Yeri gəlmişkən, mən KİV-lərdən Trampın enerji resurslarının, neftin qiymətinin aşağı salınması barədə düşündüyünü eşitmişəm, bunu etmək lazımdır", - Zelenski deyib.
 
Trampın Putinə təsir edə biləcəyi barədə suala cavabında o, deyib ki, "bu, asan olmayacaq", amma realdır.
 
"Bu, asan olmayacaq, lakin düşünürəm ki, əgər Birləşmiş Ştatlarda olan bütün imkanlardan istifadə edilərsə, o zaman, bəli, o, bunu bacaracaq. Çünki o, Putindən xeyli güclüdür, o, daha güclüdür. Birləşmiş Ştatlar daha güclüdür, onun iqtisadiyyatı daha güclüdür. Birləşmiş Ştatlar çox böyük təsirə malikdir", - Zelenski deyib.
 
"ABŞ-ın dəstəyi olmadan Ukrayna məğlub olacaq..."
 
Eyni zamanda Zelenski etiraf edib ki, əgər Birləşmiş Ştatlar dəstəyə son qoysa, Ukrayna məğlub olacaq. Ukrayna özü silah istehsal etsə də, qələbə qazanmaq üçün yetərli deyil.
 
"Əgər onlar maliyyələşməni kəssələr, düşünürəm ki, biz məğlub olacağıq. Bizim öz istehsalımız var, amma qələbə qazanmaq üçün yetərli deyil. Düşünürəm ki, bunlar sağ qalmaq üçün kifayət etməyəcək", - o, qeyd edib.
 
Lakin Amerikanın seçiminin necə olmasından asılı olmayaraq, Ukrayna istənilən halda mübarizə aparacaq.
 
O, həmçinin qeyd edib ki, müharibənin ilk günləri ən mürəkkəb olub, amma indi hər şey Ukrayna daxilində və müttəfiqlərimizlə birlikdən asılıdır.
 
"Düşünürəm ki, bu, ən mürəkkəb dövr olub, amma indi, bugünkü dönəm Ukraynada birlikdən asılıdır, düşünürəm ki, biz Avropada birliyimizi itirsək, ən başlıcası, Ukrayna ilə Birləşmiş Ştatların birliyini itirsək, bu, çox təhlükəli olacaq", - Zelenski deyib.
 
ABŞ-ın Ukraynaya yardımı
 
Xatırladaq ki, bu günlərdə Qərb jurnalistləri məlumat verib ki, ABŞ Kiyevə Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirməyə icazə verib. Sonradan Zelenski Ukraynanın belə raketlərə malik olduğunu və onları tətbiq edəcəyini təsdiq edib.
 
Bundan başqa, ABŞ prezidenti Co Bayden Ukraynaya piyadalarəleyhinə minaların tədarükünə icazə verib, bu da Ukrayna Silahlı Qüvvələrinə işğalçı ordunun hücumunu dayandırmağa kömək edəcək.
 
Zelenski Tramp haqqında
 
Noyabrın 19-da Ali Radada çıxışı zamanı Ukrayna prezidenti bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan möcüzə gözləmək deyil, hər gün çalışmaq lazımdır.
 
O, həmçinin vurğulayıb ki, mətbuatda qeyri-rəsmi bəyanatları deyil, Trampla yalnız birbaşa təmasları qəbul edir.
Link kopyalandı!
Son xəbərlər