Ekskluziv
210
19 Nov 2024 | 22:39

"Livan və "Hizbullah" ABŞ-ın atəşkəs təklifini qəbul edib" - "Reuters"

"Biz böyük tərəqqiyə nail olmuşuq, indi hər şey İsraildən asılıdır..."
 
Rəsmi Livan və HƏMAS təşkilatı ABŞ tərəfindən İsrail ilə atəşkəs sazişinin layihəsini dəstəkləyib, yalnız məzmunla bağlı bəzi iradlarını ifadə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Livan parlamenti spikerinin köməkçisi Əli Həsən Xəlilə istinadən məlumat verib. Məlumatı "nv.ua" nəşri yayıb.
 
Onun sözlərinə görə, bazar günü, noyabrın 18-də Livan Amerikanın Beyrutdakı səfiri Liza Consona yazılı cavab göndərib.
 
Xəlil deyib ki, "indi hər şey İsraildən asılıdır" və atəşkəsə nail olunması üzrə edilən səyləri indiyədək olduğundan ən ciddisi adlandırıb. O, hesab edir ki, İsrail təqdim edilən təkliflə razılaşmasa, "100 problem yarana bilər".
 
Livan məmurunun dəyərləndirməsinə görə, İsrail Beyruta və Livan paytaxtının "Hizbullah"ın nəzarətində olan cənub rayonlarına atəşlərin intensizliyini artırmaqla danışıqları "atəş altında" aparmağa cəhd edib.
 
"Bu, bizim mövqeyimizə təsir göstərməyəcək", - Əli Həsən Xəlil vurğulayıb. Livanın iradları nikbin ruhdadır, o, qeyd edib, lakin təfsilatları göstərməyib.
 
"Bizim təqdim etdiyimiz bütün şərhlər BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə "Hizbullah" ilə İsrail arasında əvvəlki müharibəyə son qoyan 1701 saylı qətnaməsinin bütün müddəalarına  dəqiq riayət edilməsini təsdiq edir", - o, deyib.
 
"Bu şərtlər "Hizbullah"ın Livanla İsrail arasında sərhədlə bu sərhəddən şimala doğru 30 km-dən keçən Litani çayı arasında yerləşən rayonun azad edilməsini nəzərdə tutur. Qətnamənin bu bəndi "Hizbullah" tərəfindən əvvəlcədən pozulub".
 
Bu arada isə Livanın danışıqların gedişini diqqətlə izləyən bir hökumət məmuru "France Press" agentliyinə məlumat verib ki, Livan bu təklifə çox nikbin yanaşır. "Biz böyük tərəqqiyə nail olmuşuq. Biz Amerika layihəsinə son iradlarımızı bildirmişik", - o, deyib.
 
Bundan öncə məlumat verilib ki, İran Ali dini lider Əli Xamendinin adından "Hizbullah" təşkilatına İsraillə atəşkəs barədə Amerikanın təklifinə razılaşmasına çağırış edib.
 
O cümlədən ayətüllahın öz müşaviri Əli Laricani vasitəsilə Livana göndərdiyi məktubda deyilir ki, "Hizbullah" bu günlər keçirilən danışıqıarda çeviklik göstərməli və müvafiq qətnamə əsasında vəziyyətin nizamlanmasıma çalışmalıdır.
Link kopyalandı!
Son xəbərlər