"Hizbullah"ın sərəncanında olan Rusiya sılahının miqdarı İsrail ordusunu şoka salıb..."
İsrail hərbçilərinin Livanın cənubunda ələ keçirdikləri hərbi qənimətin 60-70 faizi, heç demə, Rusiyada istehsal edilib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri İsrail hərbi mənbələrinə istinadən yazıb.
Qeyd edilir ki, ələ keçirilən silahların bir hissəsi sovet istehsalıdır, qalanları, o cümlədən "Kornet" və digər müasir tankəleyhinə raketlər 2020-ci ildə istehsal edilib və son illər qonşu Suriyadan Livanın cənubuna ötürülüb.
Bu zaman İsailin şübhələrinə rəğmən, "Hizbullah"ın silah və onun modernləşdirilməsi mənbələri dəqiq bəlli deyil. Həmçinin kimin və hansı şəraitdə Livan yaraqılarına Rusiyanın müasir silahları ilə davranış qaydaları ilə bağlı təlim keçdiyi barədə də dəqiq məlumat yoxdur.
Son tapıntılar tamamilə gözlənilməz mənzərəni üzə çıxarıb. "Hizbullah"dan müsadirə edilən silahlar güman edildiyindən daha müasir və daha təkmil olub, onun miqdarı isə ekspertlərin dəyərləndirmələrindən xeyli yüksəkdir.
Livanda döyüşən tibbi təxliyə qrupunun tərkibində olan israilli hərbi qulluqçu nəşrə məlumat verib ki, İsrail ordusuna qarşı əm səmərəli silah məhz Rusiya istehsalı olan "Kornet" və digər müasir tankəleyhinə raketlərdir, bunlar 7-8 km məsafədən atəş açmağa imkan verir.
"Hizbullah"ın İsrailin intensiv hücumları nəticəsində zəifləməsinə rəğmən, İsrail hərbçilərinin dəyərləndirmələrinə görə, bu təşkilat özünün daha qabaqcıl silah arsenalına görə HƏMAS-dan xeyli qorxulu olaraq qalır.
Livanın cənubunda aşkar edilən xöşagəlməzlik və ifşalar İsraildə o cümlədən Rusiya ilə "Hizbullah" arasında əlaqələr, Moskvanın münaqişəyə müdaxilə etmədiyi ilə bağlı bəyanatlarına rəğmən, dərin narahatlıq doğurur.
"İsrailə öz maraqlarının müdafiəsində daha qətiyyətli mövqe gərəkdir", - bunu hazırda Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun baş elmi əməkdaşı, İsrailin Rusiyadakı sabiq səfiri Arkadi Milman hesab edir.
"Biz ruslara anlatmalıyıq ki, "Hizbullah" və İrana göstərilən və israillilərə ziyan vuran heç bir yardıma dözməyəcəyik", - o, vurğulayıb.