“Ukrayna Rusiyanı geri oturda bilər, bir şərtlə ki...”
Ekskluziv
403
17:54, Bu gün

“Ukrayna Rusiyanı geri oturda bilər, bir şərtlə ki...”

“Ukrayna Rusiyanı geri oturda bilər, bir şərtlə ki, Qərb Ukraynaya maddi-hərbi dəstəyini artırsın”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Qərbin verdiyi indiki dəstəklə müharibənin taleyinə təsir göstərmək mümkün deyil:

 

“Qərb Ukraynaya müəyyən qədər hərbi-maliyyə yardımı göstərsə də, bu yardım lazımi səviyyədə deyil. Məhz buna görə də Rusiya Ukraynanın işğalını davam etdirə bilər. Əgər yaxın gələcəkdə Qərb öz dəstəyini artırmasa, o zaman Ukrayna müharibənin gedişatıdna dönüş yarada bilməyəcək. Rusiyanı dayandırmaq, işğaldakı əraziləri azad etmək üçün Qərbin Ukraynaya verdiyi dəstəyi artırması vacibdir.

 

Buna görə də əminliklə demək olar ki, müharibənin taleyi ABŞ və Avropanın Ukrayana verəcəyi dəstəyin miqyasından asılı olacaq”.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər