“Centlmen razılaşması” alınmadı: “Enerji müharibəsi” genişlənəcək...
Ekskluziv
605
18:27, Bu gün

“Centlmen razılaşması” alınmadı: “Enerji müharibəsi” genişlənəcək...

Rusiyanın Ukraynaya etdiyi son dron hücumları göstərdi ki, tərəflər enerji obyektlərinə zərbə endirməməklə bağlı beynəlxalq qurum və üçüncü dövlətlərin çağırışlarına əməl etmək niyyətində deyil. Bu hücumlar göstərdi ki, tərəflər arasında “centlmen razılaşması”na nail olmaq səyləri baş tutmadı.

 

Moderator.az-a xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ və Qərbin Ukraynaya verdiyi silahların Rusiya ərazisində tətbiqinə icazə verməsindən sonra, rəsmi Kiyevin də bu məsələdə aktivliyi artıracağı şübhəsizdir.

 

Ekspertlər heasb edir ki, müharibə uzandıqca həm Ukrayna, həm də Rusiya qələbəyə daha tez nail olmaq üçün “qısa yollar” axtarır ki, enerji infrastrukturunun  - elektrik stansiyalarının, neft anbarlarının, qaz xətlərinin sıradan çıxarılması bu yollardan biridir. Buna görə də hər iki tərəf, xüsusilə də Rusiya Ukraynanın enerji obyektlərini sıradan çıxarmaqla qarşı tərəfi sülhə məcbur etməyə çalışır.

 

Müharibə uzandıqca “enerji müharibəsi”nin daha da genişlənəcəyi, mülki vətəndaşların bu qarşıdurmadan daha çox ziyan  görəcəyi ehtimal edilir.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər