Roma Papası İsrailin Qəzza bölgəsində soyqırımı ilə bağlı tədqiqat aparılmasına çağırış edib
Ekskluziv
535
17:44, Bu gün

Roma Papası İsrailin Qəzza bölgəsində soyqırımı ilə bağlı tədqiqat aparılmasına çağırış edib

"Katolik kilsəsinin rəhbəri İsrailin Qəzza və Livanda hücumlarını mənəviyyatsızlıq adlandırıb və ilk dəfə soyqırım ifadəsindən istifadə edib..."
 
Roma Papası Fransisk İsrailin Qəzza bölgəsində soyqırım törətdiyini müəyyən etmək üçün tədqiqat aparılmasının zəruriliyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "ABC News" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Papa Fransisk bu barədə 2025-ci ildə Roma Katolik Kilsəsi tərəfindən qeyd ediləcək xristianlığın yubiley ilində işıq üzü görəcək "Ümid heç vaxt məyus etmir. Zəvvarlar daha yaxşı sülhə doğru" yeni kitabında çağırış edib.
 
Katolik kilsəsinin rəhbəri ilk dəfədir ki, İsrail ilə bağlı bu termindən birbaşa istifadə edib. 
 
Fransisk qeyd edib ki, bəzi ekspertlər İsrailin hərəkətlərində soyqırım əlamətlərinin olduğunu hesab edir və bunun sübut edilməsi məqsədilə hərtərəfli tədqiqat aparılmasını təklif edir.
 
Xatırladaq ki, sentyabr ayında Fransisk İsrailin ünvanına kəskin tənqidlər yağdırıb və onun Qəzza və Livanda hücumlarını "uyğun olmayan və mənəviyyatsız" adlandırıb.
 
Lakin "soyqırım" terminindən Vatikanın rəsmi ritorikasında son dərəcə nadir hallarda istifadə edilir.
 
Papa ilə müsahibəyə formasında yazılan kitabda miqrasiya və müharibələr daxil olmaqla dünyanın başlıca problemləri ilə bağlı onun düşüncələri yer alıb. 
 
Mətndə həmçinin Fransiskin müharibə yaşayan israilli girovların qohumları və fələstinlilərlə görüşü xatırlanır, bu görüş çərçivəsində münaqişə tərəfləri arasında dialoqun irəliyə aparılmasında Papanın səylərindən söhbət açılır.
 
Pantifik miqrasiyanın səbəbləri barədə mülahizələrində Qəzza bölgəsində mürəkkəb humanitar vəziyyəti xatırladıb.
 
Qeyd edək ki, Qəzza bölgəsində 2023-cü ilin oktyabrından İsrailin hərbi əməliyyatları nəticəsində 45 minədək fələstinli həlak olub, onların 70 faizini qadınlar və uşaqlar təşkil edib, daha 105 minədək dinc sakin yaralanıb.
Link kopyalandı!
Son xəbərlər