Abxaziyada Rusiya əleyhinə kütləvi etirazlar baş verib
Ekskluziv
571
16:12, Bu gün

Abxaziyada Rusiya əleyhinə kütləvi etirazlar baş verib

 
İşğalçı rejim başçısı Aslan Bjaniyanın qaçdığı barədə məlumatlar yayılıb
 
Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş Abxaziya bölgəsində müxalifət hökumət binalarını ələ keçirib və işğalçı administrasiyanın istefasını tələb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Gürcüstanın təcavüzkar ölkə Rusiya tərəfindən işğal edilmiş Abxaziya bölgəsində Suxumi ilə Moskva arasında investisiya sazişunin təsdiq edilməsinə qarşı kütləvi etirazlar baş verib.
 
Bu etirazlar fonunda müxalifət və ictimai təşkilatların nümayəndələri hökumət binalarını ələ keçirib və Abxaziyanın işğalçı administrasiyasının "rəhbəri" Aslan Bjaniyanın istefasını tələb edib.
 
Birləşmiş müxalifət və ictimai təşkilatların nümayəndələri siyasi böhrandan çıxmaq üçün Əlaqələndirmə Şurası yaradıb.
 
Müxalifət lideri Levan Mikaa sonradan bəyan edib ki, Bjaniya Rusiyanın hərbi bazasında gizlənə bilər. Müvafiq videomüraciət "D News Abxaziya" "Telegram-kanal"ında dərc edilib.
 
Eyni zamanda "Apsnıpress" məlumat verib ki, Bjaniya hökumətin digər üzvləri ilə birgə işini davam etdirir, özü isə, guya, heç bir yerə qaçmayıb.
 
Bjaniyanın mətbuat xidməti məlumat verib ki, o, Suxumidən 40 km aralıda yerləşən doğma Tamış kəndindədir, bu barədə "Exo Kavkaza" nəşri məlumat verib.
 
Abxaziya Xalq Hərəkatının müxalif lideri Adqur Ardzinba bəyan edib ki, Bjaniya Rusiyanın güc strukturlarına "etirazçıların, guya, Rusiyanın sərhəd zastavasına hücum hazırladığı barədə dezinformasiya və tamamilə cəfəng məlumat ötürür".
 
Ardzinbanın sözlərinə görə, etirazlar istisnasız olaraq Bjaniyanın "dağıdıcı siyasətinə" qarşı yönəlib, xalqın yeganə tələbi isə onun istefasıdır.
 
Xatırladaq ki, Gürcüstan qanunvericiliyinə görə,  Cəbubi Osetiya kimi Abxaziya da Rusiya tərəfindən işğal edilmiş ərazilər hesab edilir.
 
Bu regionlar ötən əsrin 90-cı illərinin əvvəllərində özlərinin Tbilisidən müstəqilliyini elan edib. 2000-ci illərdə Rusiya, Nikaraqua, Venesuela və Nauri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
 
Oktyabrın 7-də Abxaziya parlamentində Rusiya ilə investisiyalar haqqında sazişin müzakirəsi zamanı bir çox deputatlar bu sənədin əleyhinə çıxıb. Bundan sonra saziş razılaşdırılması üçün profil idarələrə göndərilib.
 
Oktyabrın 11-də nəşrin sorğu keçirdiyi analitiklər hakimiyyətin müxalifətin dəlillərini nəzərə alacağına şübhə ilə yanaşıb.
 
Oktyabrın 30-da ictimaiyyət üçün gözlənilmədən Abxaziyanın iqtisadiyyat naziri investisiyalar haqqında sazişi imzalayıb.
 
Noyabrın 15-də bu sazişin əleyhinə kütləvi etirazlar başlayıb, o cümlədən mitinqçilər maşınla hasarın bir hissəsini uçuraraq parlament binasına bitişik əraziyə soxulub. 
 
Aksiya iştirakçıları ilə güc strukturları arasında qarşıdurma yaranıb, onlara yumurta və şuşə qablar atılıb. Etirazçılara qarşı tüstü şaşkaları tətbiq edilib.
Link kopyalandı!
Son xəbərlər