Bizi sosial şəbəkələrdən izləyin:
"Cəbhə üçün kifayət qədər uzaqvuran silah və Rusiyanın dərinliyinə zərbələrə icazə veriləcək..."
Ukrayna nüvə bombasını yaratmaq niyyətində deyil, çünki bu, cəbhədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək qərar deyil.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib. Məlumatı "ukraina.ru" nəşri yayıb.
"Əgər bu qərar həqiqətən cəbhədə baş verənləri dəqiq dəyişə biləcəksə, bütün hüquqi və nüfuz çətinliklərinə rəğmən, buna getmək olardı. Amma bu qərar bizə cəbhə xəttində əhəmiyyətli dəyişikliklər verməyəcək", - o, deyib.
Podolyak əmindir ki, cəbhə üçün kifayət qədər, o cümlədən uzaqvuran silah və Rusiyanın dərinliklərinə zərbələrə icazə veriləcək.
"Bütün bunlar cəbhədə vəziyyəti dəyişəcək. Bunun üçün bizə hərbi istehsala investisiya dəstəyi və anbarlarda olan silahların bilavasitə tədarükü lazımdır", - Podolyak qeyd edib.
Ukrayna nüvə silahı yaradacaqmı?
Bu ərəfədə "The Times" nəşri Ukrayna Müdafiə Nazirıliyi üçün hazırlanan analitik materiala istinadən yazıb ki, Tramp tərəfindən Amerikanın hərbi yardımının kəsiləcəyi təqdirdə Ukrayna, guya, plutoniumdan istifadə etməklə elementar nüvə bombası işləyib hazırlaya bilər.
Ukrayna XİN bu məlumatı təkzib edib. Nazirliyin nümayəndəsi Tixiy bəyan edib ki, Ukrayna nüvə silahının yayılmaması barədə müqaviləyə sadiqdir, bu silahı işləyib hazırlamır və onu yaratmaq niyyətində deyil.