“Hökumət görəndə ki, artıq meydana minlər yox, yüz minlər axışır, anladı ki, bu axının qarşısını almaq olmaz...”
Ekskluziv
1760
10:44, Bu gün

“Hökumət görəndə ki, artıq meydana minlər yox, yüz minlər axışır, anladı ki, bu axının qarşısını almaq olmaz...”

“Əvvəlcədən bilirdilər ki, biz mitinq edəcəyik və xüsusi xidmət orqanları da, milis də bizə, hərəkata ciddi nəzarət edirdi, daim bizi izləyirdilər. Biz həmişə gizli toplansaq da, aramıza agentlər salırdılar...”
 
“İlk gündə hərəkatın başlanmasına hökumət tərəfindən xeyli müqavimət oldu. Həmin gün, yəni 1988-ci il noyabrın 17-də  o vaxt Lenin meydanı adlanan Azadlıq meydanına gedincə milislər 6 yerdə bizim qarşımızı kəsdilər. Bir neçə dəfə mənə də zərbə vurdular, huşumu itirdim. Dostum Ədalət Tahirzadənin oğlu Həmidin o vaxt bütün SSRİ-də qeyd edilən böyük oktyabr sosialist inqilabı münasibəti ilə keçirilən 7 noyabr paradında istifadə etdikdən sonra mənə verdiyi iki kiçik bayraqdan düzəltdiyim Azərbaycan bayrağını əlimdən aldılar... Səhər saat 8-dən 11-dək Sabir bağında yerdə oturmağa məcbur qaldıq... Sonra, nəhayət,  Meydana girə bildik”. 
 
Bunu Moderator.az-a açıqlamasında 36 il öncə Meydan hərəkatının başlanmasından danışan həmin vaxt ilk mitinqlərin əsas təşkilatçısı olan Ənvər Əliyev söyləyib. 
 
“O vaxt Bakıya yalnız Azərbaycan milisi və DTK-sı nəzarət etmirdi, Rusiyadan, Omsk şəhərindən daxili qoşunlar da gətirilmişdi. Yəni Moskvada da əvvəlcədən bilirdilər ki, biz mitinq edəcəyik və xüsusi xidmət orqanları da, milis də bizə, hərəkata ciddi nəzarət edirdi, daim bizi izləyirdilər. Biz həmişə gizli toplansaq da, aramıza agentlər salırdılar. Və bəzi məsələlərdən xəbər tutanda iş yerlərində bizlərə müəyyən təzyiqlər edilirdi. Bəli, yalnız biz alimlər, Universitetin tələbələri deyil, digər universitetlərin də tələbələri hərəkata qoşulduqdan sonra hökumət də, milis də görəndə ki, artıq meydana minlər yox, yüz minlər axışır, başa düşdülər ki, bu axının qarşısını almaq mümkün deyil. Ona görə də hərəkata müqavimət göstərməkdən çəkindilər”, -deyə hərəkatçı lider nəzərə çatdırıb.
 
Sultan Laçın  
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər