Bizi sosial şəbəkələrdən izləyin:
Dünən – noyabrın 15-də Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının iclası baş nazir Nikol Paşinyan olmadan keçirilib.
Moderator.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyanın iştirak etdiyi iclasda Komitənin fəaliyyəti müzakirə edilib.
Maraqlıdır ki, Paşinyan niyə “VS”-in iclasında iştirak etməyib. O, yalnız Ermənistanda olmayanda və ya ezamiyyətdə olanda həmin iclaslarda iştirak etmir.
Erməni nəşrinin yazdığına görə, hakim partiyadan bu barədə tutarlı izahat verilməyib.
“Mənbəmiz zarafatla dedi ki, yəqin ki, baş nazirin təraş vaxtıdır və bu, partiyanın iclasında iştirak etməkdən daha vacib olub”, - deyə Ermənistan qəzeti yazır.
S.Laçın