Ekskluziv
409
17:25, Bu gün

"Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır" - "Bloomberg"

 
"Bu sanksiyalar Rusiya neftinin daşınmasında istifadə edilən gizli tankerlər donanmasına qarşı yönələcək..."
 
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Bu dəfəki məhdudiyyətlər Rusiyanın neft satışı üçün istifadə etdiyi gizli tankerlər donanmasına qarşı yönələcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Avropa İttifaqının ilin sonunadək təsdiq edəcəyi sanksiyalar paketinə ticarətə cəlb edilmiş aryı-ayrı şəxslərə qarşı sanksiyalar daxil ediləcək.
 
Birlik üzvü olan ölkələr məhdudiyyətlərin detallarını hələ də müzakirə etməkdədir, çünki buna blokun bütün üzvləri yekdilliklə dəstək verməlidir.
 
Son aylar Avropa İttifaqı sanksiyalar paketinin dəstəklənməsində getdikcə daha çox çətinliklə üzləşir, çünki Macarıstan danışıqlar zamanı veto hüququndan istifadə edir.
 
Avropa İttifaqı həmçinin 2025-ci ilin əvvəlində sədrliyin Macarıstandan Polşaya kecəcəyi zaman daha geniş sanksiyalar paketi üzərində işləyir və onun qəbul ediləcəyinə ümid edir.
 
Bu paketə ticarət məhdudiyyətləri, habelə Rusiyanın kənd təsərrüfatı məhsullarına tariflərin yüksəldilməsi daxil edilə bilər. Bəzi ölkələr Rusiyanın maye təbii qaz ticarətinin də zərbə altına düşməsini istəyir.
 
Bu sanksiyalar paketi artıq yanvar ayında təqdim edilə bilər, məqsəd onun rəmzi 24 fevral tarixinə, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsinin üçüncü ildönümünədək qəbul etməkdir.
 
Rusiyaya qarşı sanksiyalar - əsas xəbərlər
 
ABŞ, Böyük Britaniya və Avropa İttifaqının çoxsaylı sanksiyaları artıq onlarla tankeri, habelə Rusiya neftinin daşınması üçün isrifadə edilən gəmilər və servisi əhatə edib.
 
Bunun üçün onlar G7 və Avropa İttifaqı ölkələrindən olan şirkətlərə 60 dollardan çox qiymətə satılan neft alışına qadağa qoyub. 
 
Ukraynanın müttəfiqləri həmçinin Rusiyaya neft daşınmasında kömək edən üçüncü ölkələrdən olan şirkətlərə qarşı Moskvanın gəlirlərinin azaldılması üçün sanksiyalar tətbiq edib.
 
Qərb neftin müəyyən edilmiş həddən aşağı qiymətə satılacağı təqdirdə şirkətlərə nəqliyyat, sığorta və digər xidmətlər göstərilməsinə icazə verib.
 
Sanksiyalar rejiminə cavab olaraq Moskva məhdudiyyətlərdən yan keçmək və ticarətdən gəlir əldə etmək məqsədilə gizli tankerlər donanmasını toplayıb. 
 
Bu gəlirlər Vladimir Putinin hərb maşınını qidalandırır, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı bunların azaldılmasını özünün prioritet vəzifəsinə çevirib.
 
Oktyabr ayında Avropa İttifaqının Ali nümayəndəsi Jozep Borrel vurğulayıb ki, Qərb Rusiyanın gizli donanması gəmilərinə qarşı sanksiyalar tətbiq etməlidir.
 
Bu zaman G7 ölkələri Moskvanın sanksiyalardan yan keçməsinin qarşısını almaq üçün tədbirlər görülməsi öhdəliyi götürüb.
 
Yeri gəlmişkən, oktyabrın 17-də Böyük Britaniya Rusiyanın "gizli donanmasına" qarşı böyük sanksiyalar paketi tətbiq edib. Bu tədbirlər 18 neft və 4 təbii maye qaz tankerlərini əhatə edir.
Link kopyalandı!
Son xəbərlər