Ekskluziv
320
16:42, Bu gün

"Rusiya müharibəni nə uzun müddət apara, nə də onu "asanlıqla" bitirə biləcək" - "Foreign Policy"

 
"Döyüş əməliyyatlarının başa çatdırılması Putin rejimi üçün ekzistensial təhlükə törədəcək..."
 
Rusiyanın Ukraynaya qarşı müharibəsində qələbəsi üçün resurslara malik olması barədə narrartiv həqiqətə uyğun deyil. Bununla yanaşı, Rusiya müharibəni bir sıra iqtisadi səbəblərdən asanlıqla da bitirə bilməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədı Amerikanın "Foreign Policy" jurnalı OSINT analitiklərinin məlumatlarına istinadən yazıb.
 
"Rəsmi məlumatlarda həm müharibənin, həm də sanksiyaların törətdiyi iqtisadi çətinliklərin gizlədilməsinin əlamətləri getdikcə daha da aydınlaşır. Kreml döyüş meydanında silahın itirimə sürəti ilə onun əvəzlənməsi üçün silah istehsalını kifayət qədər tez bir zamanda artıra bilməyəcək.
 
Artıq indi Rusiyanın Ukraynada istifadə etdiyi bütün artilleriya mərmilərinin təxminən yarısı Şimali Koreyanın ehtiyatlarından daxil olur. 2025-ci ilin ikinci yarısında hansısa məqamda Rusiya bir sıra silah növlərinin ciddi qıtlığı ilə üzləşəcək", - məqalədə deyilir.
 
Bundan başqa, qeyd edilir ki, Rusiya nə müharibəni uzun müddət aparmaq iqtidarında olacaq, nə də "asanlıqla" sülh bağlaya bilməyəcək.
 
Pentaqon Baydenin prezidentlik müddətinin sonunadək Ukraynaya silah tədarükü barədə bəyan edib. "Uzunmüddətli perspektivdə dayanıqlı olmayan çox böyük hərbi məsrəflər süni şəkildə məşğulluq və artımı stimullaşdırır.
 
Demək olar ki, bütün iş yerləri hərbçilərlə bağlıdır və mülki iqtisadiyyata xüsusi fayda gətirmir, əksəriyyət sahələrdə işçi qüvvəsi ilə bağlı böyük problemlər yaşanır. 
 
Rusiyanın müharibədən sonra resessiyasının (tənəzzül) miqyası daha da pisləşəcək, çünki Rusiyanın mülki iqtisadiyyatı, xüsusilə kiçik və orta müəssisələr, müharibə səbəbindən azalıb", - nəşr yazıb.
 
Qeyd edilir ki, Rusiya rəhbərliyi özünün yaratdığı qibtəedilməz dilemmalarla üzləşib: "Rusiya 2025-ci ilin sonundan, əsas silah sistemləri tükənəndən sonra, cari müharibəni davam etdirə bilməyəcək. Lakin sülh sazişinin bağlanması digər problemlər toplusunu yaradır".
 
Nəticədə Kreml üç xoşagəlməz variantlardan birini seçməli olacaq:
 
- Silahlı Qüvvələrini və müdafiə sənayesini azaltmaq, bu da rejimə təhlükə törədə biləcək resessiyaya səbəb ola bilər;
 
- müdafiə və dinc dövr üçün şişirdilmiş orduya yüksək məsrəfləri azaltmaq, bu da Rusiya iqtisadiyyatına ölümcül zərbə vuracaq;
 
- ordudan yeni ərazilərin zəbt edilməsi hesabına ona dəstək vermək məqsədilə iqtisadi resurslar əldə edilməsi üçün istifadə etmək.
 
"Ukraynada tammiqyaslı döyüş əməliyyatlarının dayandırılması Qərbin Rusiya ilə problemlərinə son qoymayacaq. Rusiyanın nəhəng hərbi sektoru Kremli öz hərbi qüvvələrindən qonşu ölkələrdən gəlir əldə etmək üçün istifadə etməyə sövq edə bilər. 
 
Burada alternativlər (məsələn, tərxisolunma və resessiya, yaxud şişirdilmiş hərbi və müdafiə sənayesinin sonsuz maliyyələşdirilməsi) Putin rejimi üçün ekzistensial təhlükə törədir.
 
Rusiyanın öz cari müharibəsini necə başa çatdıracağına baxmayaraq, ölkənin iqtisadi gerçəklikləri özü-özlüyündə Avropa üçün yeni əminsizlik formaları yaradacaq. Uzaqgörən siyasətçilər diqqətini gələcəkdə belə təhlükələrə yönəltməlidir", - məqalədə deyilir.
 
Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada müharibəyə imkan daxilində tez bir zamanda son qoyulmalıdır: "Biz Rusiya və Ukrayna ilə səylə və təkidlə işləyəcəyik. Buna son verilməlidir. Rusiya və Ukrayna dayanmalıdır".
 
Bu ərəfədə respublikaçı konqresmen, gələcək administrasiyada milli təhlükəsizlik üzrə müşavir olacaq Mayk Uolts qeyd edib ki, Tramp Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi və beləliklə müharibəyə son qoymağı planlaşdırır.
Link kopyalandı!
Son xəbərlər