“Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Qarabağı azad etdi, bununla da Qarabağ üzərində xalqımızın, dövlətimizin bu torpaqlar üzərində sahibliyini təmin etdi. Bu gün sənət adamlarımız, tarixçilərimiz də Silahlı Qüvvələrimizin 4 il bundan öncə etdiyini sənət müstəvisində təkrarlamalı, bu torpaqların həqiqi sahibinin Azərbaycan xalqı olduğunu faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, ordumuzun əldə etdiyi 8 Noyabr zəfəri ilə kifayətlənmək olmaz:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdı. Bununla da ordumuz öz missiyasını layiqincə yerinə yetirdi. İndi söz sənət adamlarınındır. Bu gün sənət adamlarımız, tarixçilərimiz, ziyalılarımız ordumuzun hərbi müstəvidə etdiyini sənət müstəvisində, mədəniyyət və incəsənət müstəvisində təkrarlamalı, bu torpağın həqiqi sahiblərinin biz olduğunu bütün dünyanın diqqətinə çatdırmalıdır. Bu mənada sənətimiz hələ də ordumuza borcludur və düşünürəm ki, biz bu borcu ödəmək üçün bütün gücümüzdən maksimum istifadə etməliyik”.
Seymur ƏLİYEV