Bizi sosial şəbəkələrdən izləyin:
Cənubi Koreya tankları Polşanın Branevo şəhərindəki hərbi hissəyə gəlib. Onlar qabaqcıl texnoloji keyfiyyətləri ilə tanınırlar...
Polşa Cənubi Koreyaya məxsus "K2"-"Black Panther" ("Qara Pantera") tanklarını Rusiyanın Kalininqrad vilayətinin bir neçə kilometrliyində yerləşdirib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, Polşanın "PAP" agentliyinin məlumatına görə, bu barədə 16-cı Pomeraniya mexanikləşdirilmiş diviziyasının mətbuat katibi mayor Maqdalena Koşinska bildirib.
"Hyundai Rotem" şirkətinin istehsalı olan Cənubi Koreya tankları avto-qoşqularla Polşanın Branevo şəhərinə gəlib. Noyabrın 14-də Polşa hərbçilərinin və Cənubi Koreya tərəfinin nümayəndələri bu nəqliyyat vasitələrinin qəbulu üçün zəruri olan rəsmiləşdirmələri yerinə yetirəcəklər.
"Növbəti mərhələdə tankların Polşa ordusunda istifadə olunan sistemlərlə, o cümlədən rabitə vasitələri ilə təchiz edilməsi olacaq", - Koşinska bildirib.
Qeyd edək ki, "K2"- "Black Panther" tankları qabaqcıl texnoloji həlləri ilə tanınır. Xüsusilə, onlar aktiv müdafiə sistemi ilə təchiz olunublar, bunun sayəsində raket və tank əleyhinə hücumlara effektiv şəkildə müqavimət göstərirlər.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Polşanın şimalında hərbi hava hücumundan müdafiə bazasını rəsmən istifadəyə verib. Prezident Anjey Duda bunu Polşanın NATO üzvü kimi təhlükəsizliyinin təminatı adlandırıb.