"ABŞ və müttəfiqlərinin hərəkətsizliyinin bədəli Ukraynaya hərbi dəstək məsrəflərindən dəfələrlə yüksək olacaq..."
ABŞ Senatında respublikaçılar fraksiyasının yeni lideri Cənubi Dakota ştatından dəfələrlə Ukraynaya dəstəyini bəyan edən senator Con Tun olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
"Mənim üçün 119-cu Konqresdə Senata rəhbərlik etməyə öz həmkalarımdan dəstək almaq böyük şərəfdir, mən əksəriyyəti təmin etmək məqsədilə icra etdiyimiz işlə qürur duyuram. Respublikaçıların bu komandası Trampın proqramına dəstək verən yeganə komandadır və bu gün bizim işimiz başlayır", - o, səsvermədən sonra bəyan edib.
Con Tun barədə bəlli olanlar
Con Tun Senatda 2004-cü ildən işləyir, 2019-cu ildə isə hazırda respublikaçıların lideri olan, lakin bu postda 18 il olduqdan sonra istefaya gedən Mitç Makkonelin müavini olub.
Bu vəzifə uğrunda mübarizədə o, Texasdan Con Kornini və Floridadan Trampın yaxın silahdaşı hesab edilən Rik Skottu üstələyib.
Son zamanlar Tun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmağa cəhd edib. O cümlədən o, mart ayında Trampın Mar-a-Laqodakı evini ziyarərt edib və onun haqqında tənqidi azaldıb.
Tun Ukrayna haqqında nələri bəyan edib?
2022-ci ilin mart ayında senator Ukraynanın rusiyalı işğalçılarla mübarizəsində böyük uğurları barədə bəyan edib.
O zaman o, qeyd edib ki, Ukrayna xalqı bu müharibədə ABŞ və digər ölkələrin hərbi yardımı olmadan tab gətirə bilməz, ona görə də Avropadan olan tərəfdaşlara Ukraynanın bu münaqişədə qələbəsi naminə güclü mövqeyə malik olması üçün xeyli tövhə verməyə çağırış edib.
"Bir çoxları Rusiyanın bir neçə günə Ukraynanı əzəcəyindən ehtiyat edib. Amma Ukrayna nəinki Rusiyanın təcavüzünə tab gətirib, həm də onu alçaldıcı məğlubiyyətə uğradıb", - Tun vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin hərəkətsizliyinin bədəli Ukraynaya hərbi dəstək məsrəflərindən dəfələrlə yüksək olacaq.
"Biz Putinə maneəsiz olaraq özünün ekspansionist arzularını həyata keçirə biləcəyini düşünməyə imkan verə bilmərik. Birləşmiş Ştatlar və NATO-nun bütün üzvləri bizim Ukraynaya öz azadlığı uğrunda mübarizəsində ümumi müdafiəmiz və dəstəyimizə sadiq qalmalıdır.
Ukrayna xalqı hazırda gələcəkdə ölkənin azadlıq və demokratiyasını təmin etmək üçün bütün mümkün olanları edir. Gəlin onların bu mübarizədə tənha olmadıqlarını bir daha anladaq. Gəlin onların bu müharibəni udması və Ukraynanın həmişəlik azadlığını təmin etməsi naminə lazımi vasitələrə malik olması üçün qayğı göstərək", - senator əlavə edib.
O, həmçinin BPS nəşrinə müsahibəsində qeyd edib ki, hazırda ABŞ-ın liderliyi müasir tarixdə olduğundan çox zəruridir:
"Biz Ukraynanın ruslar üzərində qalib gəlməsi üçün silah və resurslara malik olduğuna əmin olmalıyıq, çünki əgər biz Amerika silahını göndərməsək, ruslar Ukraynada uğur qazanacaq, NATO ölkələrinə soxulacaq, o zaman biz amerikalı oğlan və qızlarımızı savaşa göndərməli olacağıq.
Mən rusların öhdəsindən yaxşı gələ bilən Ukrayna xalqına bu savaşı udmaq üçün silah və döyüş sursatlarının göndərilməsinə üstünlük verirəm. Və mən ümid edirəm ki, biz bunun baş verməsi üçün siyasi dəstək əldə edə biləcəyik".
ABŞ və Ukrayna - son xəbərlər
Bundan öncə "Fox News" nəşri məlumat verib ki, Donald Tramp tezliklə Ukrayna üzrə öz xüsusi nümayəndəsini təyin edəcək və o, Rusiya ilə müharibəyə son qoyulması barədə danışıqlara başçılıq edəcək.
Hazırda bu vəzifəyə iki namizəd nəzərdən keçirilir, bunlar Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Robert O'Brayyen və ABŞ-ın AFR-dəki sabiq səfiri Riçard Qrenelldir. Hər ikisi Ukraynadakı vəziyyətə yaxşı bələddir və Trampa kifayət qədər yaxınlığı ilə seçilir.