Ekskluziv
283
13:37, Bu gün

"Trampla Putunin üzdə olan "isti" münasibətlərinin arxasında dərin gərginlik gizlənir" - "The Wall Street Journal"

 
"Tramp söhbət etdiyi adamı heç vaxt "qaralamır", çünki onunla sövdələşmək istəyir..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiya hakimi Vladimir Putinin üzdə olan "isti" münasibətlərinin arxasında dərin gərginlik gizlənir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr xatırladır ki, Trampın birinci prezidentlik müddətində Vaşinqtonla Moskva arasında əlaqələr yalnız pisləşib.
 
"Putinlə Tramp silahlar üzərində nəzarət, təhlükəsizlik sahəsində əməkdaşlıq və Rusiyanın 2014-cü ildə soxulduğu Ukraynaya ABŞ-ın dəstəyinin davam etdirilməsi kimi əsas məsələlərdə razılığa gələ bilməyib.
 
Rusiya taktiki və qitələrarası nüvə silahı üzrə sazişə və Ukraynanın neytral qalması və NATO-ya daxil olmaması barədə Moskvanın tələblərini hansısa formada təmin edən sövdələşməyə çalışıb", - məqalədə deyilir.
 
Tramp dönəmində ABŞ-ın NATO-da sabiq nümayəndəsi Kurt Volker əmindir ki, yeni seçilmiş prezidentin Putinin ünvanına "isti" sözləri danışıqların daha merkantil taktikasının üstünü örtür.
 
"Əgər Trampın birinci prezidentlik dönəminə nəzər salsaq, onun Putinin ünvanına isti komplimentləri olub. Eyni zamanda o, Ukraynaya silah tədarükünə embarqonu aradan qaldırıb".
 
Onun sözlərinə görə, Tramp söhbət etdiyi adamı "qaralamır", çünki "onunla sövdələşmək istəyir".
 
Nəşr yazır ki, hazırda Tramp və Putin üzdə isti ritorikaya dönüb, amma "yoldaşlıq münasibətlərinin arxasında daha böyük gərginlik gizlənib".
 
"Putin istənilən mümkün sülh planı ətrafında heç bir predmetli danışıqlara hazır deyil, çünki o, heç bir güzəştə getməyə hazır deyil. Vəssalam. O, hesab edir ki, müharibəni davam etdirmək üçün maliyyə və emosional resursları yetərlidir", - bu barədə Rusiyanı müşahidə edən təcrübəli Andrey Kolesnikov bəyan edib.
 
Trampın Ukraynada müharibənin hələ andiçməyədək  dayandıracağını vəd etməsinə rəğmən, Putin artıq danışıqlar masası arxasında əyləşməyə hazır olacağı əsası müəyyən edib, nəşr qeyd edir.
 
"Putin Ukraynadan böyük ərazi güzəştləri və Kiyevin NATO-ya daxil olmayacağına zəmanətlər istəyir. Bundan başqa, o, həmçinin ABŞ-ın miqyaslı sanksiyalarının yumşaldılmasını istəyir.
 
ABŞ-ın Rusiyadakı sabiq diplomatlarından birinin bəyan etdiyi kimi, Putin döyüş meydanında onun üçün "hər şeyin yaxşı olduğunu" hesab edir, ona görə də Trampla hətta böyük diplomatik təmas onun davranışının mütləq yumşaldacağına gətirib çıxarmayacaq.
Link kopyalandı!
Son xəbərlər