Ekskluziv
592
10:09, Bu gün

"Trampın gələcək administrasiyasında ermənipərəst fiqurlar var...”

“Trampın gələcək administrasiyası çox sürətlə formalaşır. Əsas xarici siyasi yanaşmalar da göstərilib. Dövlət katibi vəzifəsinə namizəd Çinlə bağlı sərt mövqenin tərəfdarlarından biri olan Marko Rubiodur. Rubionun erməni icması və təşkilatları ilə yaxşı əlaqələri var”.
 
Moderator.az  xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə beynəlxalq məsələlər üzrə siyasi şərhçi Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.
 
“Müdafiə naziri vəzifəsinə namizəd, Yaxın Şərqdə İsrailyönlü siyasətin tərəfdarı olan Pete Hegsettdir,
Təhlükəsizlik məsələləri üzrə müşavirliyə namizəd, Çinin ən sərt tərəfdarlarından biri olan Mayk Valsdır:
Con Ratkliff MKİ-yə rəhbərlik edəcək. Kİçik Robert Kennedi böyük ehtimalla Səhiyyə departamentinə rəhbərlik edəcək.
 
ABŞ-də  Erməni gündəmini irəli sürməkdə erməni icması, erməni təşkilatları, lobbiçilər və kilsə üçün yeni üfüqlər açılır”, - Sarkisyan belə yazıb.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər