“Ermənistan və Azərbaycan ən pis ssenari üçün bunkerlər tikir, səngərlər qazır...”
Ekskluziv
413
07:39, Bu gün

“Ermənistan və Azərbaycan ən pis ssenari üçün bunkerlər tikir, səngərlər qazır...”

“Mehdi Sübhani Azərbaycanın hücuma keçəcəyi təqdirdə Tehranın nə edəcəyinə aydınlıq gətirməkdən yayınıb və sadəcə “Belə olmayacaq”deməklə kifayətlənib...”
 
İranın Ermənistandakı səfiri Mehdi Sübhani “New York Times” qəzetinə müsahibəsində Rusiya və İranın Cənubi Qafqazda fərqli maraqları olduğunu deyib: “Bizim bəzi fikir ayrılıqlarımız və bəzi ümumi maraqlarımız var. Bu o demək deyil ki, biz müttəfiqik.
 
Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu “Azatutyun” məlumat yayıb.
 
“Münaqişələrlə dolu Qafqazda Rusiya və İranın ticarət yollarının bölüşdürülməsinə və təsirinə dair fərqli baxışları var” deyən Amerika dövri nəşri bunun Qərb ölkələrini qeyri-adi dilemma qarşısında qoyduğunu təfərrüatlandırır.
 
Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter “İranlılar bu regionda ermənilərin ən yaxşı dostlarıdır” deyib və əlavə edib ki, azərbaycanlılar və ruslar Avropanın mövcudluğundan narazıdırlar, İran isə bunu qəbul edir.
 
“New York Times” regionun gələcəyi ilə bağlı son gərginliyin Sünik(Zəngəzur ərazisi-S.L.) ətrafında cərəyan etdiyini əsas gətirərək yazır: “Hazırda həmin yol İran mallarının Fars körfəzindən Rusiya və Avropaya çatdırılması üçün əsas əhəmiyyət kəsb edir. Məhz burada Rusiya və Azərbaycan Türkiyəyə Ermənistanın nəzarətindən kənarda qalacaq şərq-qərb yolu açmaq istəyir. Ermənilər qorxurlar ki, Azərbaycan zorla o yolu tutacaq”.
 
İranın Ermənistandakı səfiri Amerika nəşrinə unikal müsahibəsində belə deyib:“Biz beynəlxalq sərhədlərin dəyişdirilməsini qəbul edə bilmərik”.
 
Eyni zamanda Mehdi Sübhani Azərbaycanın hücuma keçəcəyi təqdirdə Tehranın nə edəcəyinə aydınlıq gətirməkdən yayınıb və sadəcə“Belə olmayacaq”deməklə kifayətlənib.
 
Bu arada, İranla sərhəd ərazidəki Aqarak şəhərinin meri Xaçatur Andreasyan “NYT”-yə deyib ki, İran rəsmiləri ilə məsələni müzakirə edib və o, əmindir ki, nəsə baş verərsə, İran şübhəsiz ki, Ermənistanın köməyinə gələcək.
 
“Hamısı deyir ki, Allah eləməsin, kimsə Sünikə hücum etsə, biz də sizinlə birlikdə döyüşəcəyik”, - Aqarak meri deyib.
 
“Ermənistanda Trampın prezidentliyi dövründə Amerikanın İrana qarşı daha sərt siyasətinin onların ölkəsinə zərər verəcəyi və Azərbaycanı gücləndirəcəyi qorxusu var. Onlar həmçinin qorxurlar ki, İran və İsrail arasında davam edən münaqişə genişmiqyaslı müharibəyə çevrilərsə, Tehranın Ermənistanı qorumaq qabiliyyəti azalacaq”, - deyə Amerikanın dövri nəşri diqqətə çatdırır.
 
Ermənistanın sərhədlərində patrul xidməti aparan Avropa missiyasının rəhbəri Markus Ritter öz növbəsində bəyan edib ki, həm Ermənistan, həm də Azərbaycan indi ən pis ssenariyə hazır olmaq üçün bunkerlər tikir, səngərlər qazır, artilleriya mövqeləri yaradır.
 
"Ermənistanın İranla dar sərhədi boyunca, Azərbaycandan təqribən 10 mil aralıda, indi tərk edilmiş Meğri stansiyası var, sovet dövründə tikilib və burada paslı qatar vaqonlar alaq otlarıyla basdırılıb. Sovet dövründəki bu dəmir yolu" bir-birinə bağlı Qafqazın simvoludur və bu ərazinin bu günə qədər mühüm əhəmiyyətini xatırladır."", - deyə "New York Times" xülasə edir.
 
S.Laçın
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər