"Dünya çox zaman olduqca xoşagəlməz yerdir. Amma bu gün danya xoşagələndir, qalib gəlmək çox xoşdur!.."
ABŞ prezidenti seçkilərində qalib gələn Donald Tramp Ağ Evdə Co Baydenlə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Görüş zamanı Bayden deyib ki, hakimiyyəti növbəti prezidentə dinc yolla təhvil vermək niyyətindədir, Tramp isə bəyan edib ki, bu proses "imkan daxilində yumşaq" keçəcək.
"Cənab seçilmiş və sabiq prezident Donald, təbrik edirəm! Biz hakimiyyətin yumşaq ötürülməsini təmin etmək istəyirik və Sizin zəruri olanlara malik olmağınız üçün mümkün olan hər şeyi edəcəyik, - Bayden deyib. - Bu gün biz bu məsələlərin bəzilərini müzakirə edə biləcəyik. Xoş gəlmisiniz və dönüşünüz mübarəkdir!"
"Siyasət qəliz məsələdir, dünya isə, ümumiyyətlə, çox zaman olduqca xoşagəlməz yerdir. Lakin bu gün dünya xoşagələndir və mən bunu çox dəyərləndirirəm", - Tramp deyib, bundan sonra hər iki siyasətçi bir-birinin əlini sıxıb.
Seçkiöncəki kampaniya zamanı Tramp və Bayden bir-birini sərt şəkildə tənqid edib və sonuncu dəfə iyun ayında debatlar zamanı görüşüb. Tezliklə Bayden yaşı ilə bağlı prezident vəzifələrini icra etmək qabiliyyəti ilə əlaqədar olaraq yarışmanı tərk edib.
Seçilən prezidentlə vəzifədən gedən prezidentin görüşü Amerikanın siyasi həyatının çoxdankı ənənəsidir.
Lakin Trampın məğlub olduğu 2020-ci il prezident seçkilərindən sonra o, öz məğlubiyyətini etiraf etməyib, Baydenlə o zaman belə görüş olmayıb, çünki o zamankı prezident onu dəvət etməyib.
Bugünkü görüşü şərh edən Ağ Ev nümayəndəsi Karin Jan-Pyer bəyan edib ki, Bayden "normalara, bizim təsisatlara inanır". "O, hakimiyyətin dinc yolla ötürülməsinə inanır", - o, əlavə edib.
Tramp 2024-cü il prezident seçkilərində qalib gəldikdən sonra ilk dəfə olaraq Vaşinqtona gəlib. Ağ Evə ziyarətindən öncə o, Nümayəndələr Palatasına gələrək Konqresin aşağı palatasına nəzarəti saxlamaq şansları yüksək olan Respublikaçılar Partiyasının üzvləri ilə görüşüb.
Prezident seçkiləri ilə eyni zamanda senatorların seçkisi nəticəsində Respublikaçılar Partiyası Amerika parlamentinin yuxarı palatasına nəzarəti də əldə edib.
"Qalib gəlmək xoşdur, elə deyilmi? Qalib gəlmək çox xoşdur, həmişə xoşdur! Palatada da hər şey çox uğurlu keçib", - Tramp konqresmenlərə deyib.