“Klassik ədəbiyyatın hesabına uşaq ədəbiyyatını maliyyələşdirmək mümkündür”.
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. Xalq şairi qeyd edib ki, bu yolla uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflərə də müəyyən qədər qonorar ayımaq mümkündür:
“Ölkəmizdə klassiklərin əsərləri gec-gec çap edilsə də, bu kitabların nəşri həm dövlətə, həm də nəşiyyatlara gəlir qazandırır. Hesab edirəm ki, bu gəlir hesabına həm uşaq ədəbiyyatını maliyyələşdirmək, uşaq ədəbiyyatı nümunələri çap etmək, həm də uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflərə müəyyən miqdarda da olsa qonorar vermək mümkündür. Bu, uşaq ədəbiyyatı sahəsindəki mövcud vəziyyəti tam yaxşılaşdırmasa da, bu sahədə müəyyən irəliləyişi təmin edə bilər.
Zənnimcə, bu imkandan yararlanmaq bütövlükdə ədəbiyyatımız üçün faydalı olar. Bu, uşaq ədəbiyyatı çatışmazlığı probleminin həllinə də müsbət təsir edər”.
Seymur ƏLİYEV