Mətbuat orqanlarına XƏBƏRDARLIQ: Bunu edənlər CƏZALANDIRILACAQ
Ekskluziv
896
13 Nov 2024 | 20:20

Mətbuat orqanlarına XƏBƏRDARLIQ: Bunu edənlər CƏZALANDIRILACAQ

Azərbaycan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edir. Dünyanın diqqəti Azərbaycanda olduğunu nəzərə alsaq uğurlarımzdan narahat olan tərəflər də az deyil. 
Bu günlərdə sosial şəbəkələrdəki səhifələrdə yalan, dezinformasiya xarakterli xəbərlər yer almaqdadır. Bəs görəsən belə yalan xəbərləri yayan səhifə sahiblərini hansı cəza gözləyir?
 
 
 Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı. Bildirdi ki, media haqında qanunun 14-cü maddəsində mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər müəyyən edilib. Bu tələbələrə əsasən, faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə və yayılması qadağan edilən informasiyanın yayımlanmasına yol verilməməlidir:
 
 "İnternet informasiya resurslarında yayılması qadağan edilən informasiyaların siyahısı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda verilib. Qanunun 13-3-ci maddəsi ümumilikdə internet informasiya resursunda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınmasına həsr edilib.
Bu tələbləri pozan şəxsləri isə məsuliyyət gözləyir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi media azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə də məsuliyyət müəyyən edib. 
 
Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
 
Həmçinin İnzibati Xətalar Məcəlləsinin  388-1.1-ci internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:
- informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə -
- internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə məsuıiyyət müəyyən edir. 
Bu əmələ yol verdiyinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Bundan başqa, həmin maddənin 2-ci hissəsinə əsasən, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir".
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər