Ekskluziv
756
13 Nov 2024 | 18:10

"İran ABŞ-la regional və beynəlxalq aləmdə üz-üzə gəlməli olacaq" - Məsud Pezeşkian

 
"Biz daxili problemlərimizin həlli və ölkənin inkişafı üçün beynəlxalq münasibətlərimizi nizama salmalıyıq..."
 
İranla ABŞ arasında regional və beynəlxalq səviyyələrdə dialoq qaçılmazdır.
 
Moderator.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian İranın sabiq XİN rəhbərləri ilə görüşündə bəyan edib. Məlumatı İranın "Tasnim" informasiya agentliyi yayıb.
 
"Biz daxili problemlərin həlli və ölkənin inkişafı üçün daxili işlərin nizama salınmasından başqa, beynəlxalq münasibətləri nizama salmalı, gərginliyi aradan qaldırmalı, region və dünya ölkələri ilə qarşılıqlı əlaqə və kommunikasiyalar üçün şəraiti yaxşılaşdırmalıyıq", - o, bəyan edib.
 
"Mən hesab edirəm ki, istəsək də, istəməsək də, biz sonucda hətta ABŞ ilə regional və beynəlxalq aləmdə üz-üzə gəlməli olacağıq. Ona görə də yaxşı olardı ki, biz özümüz bu sahəni idarə edək", - Pezeşkian deyib 
 
O, qeyd edib ki, onun administrasiyası dünyanın bütün ölkələri, o cümlədən Avropa dövlətləri ilə münasibətləri genişləndirməyə çalışır.
 
"Avropa ölkələri ilə danışıqlar davam edir, lakin İsrailin sionist rejimi bu yaxınlarda özünün cinayətkar hərəkətlərilə bu danışıqlara mane olmaq və vəziyyəti mürəkləbləşdirməyə cəhd göstərib", - İran prezidenti qeyd edib.
 
Xatırladaq ki, ötən həftə Pezeşkian praktiki olaraq bunun əksi olan bəyanat verib və deyib ki, İran üçün ABŞ prezidenti seçkilərində kimin qalib gəlməsinin əhəmiyyəti yoxdur. 
 
"Bizim ölkəmiz öz daxili gücünə və böyük, ləyaqətli millətinə bel bağlayır. Biz İslam ölkələri və qonşu ölkələrlə münasibətlərə üstünlük veririk, İslam ölkələri arasında birlik və həmrəyliyin yaranmasına möhkəm inanırıq".
 
Dünən isə İran hökumətinin nümayəndəsi Fatimə Möhacirani deyib ki, Tramp özünün birinci prezidentlik müddətində birtərəfli qaydada İranla böyük dövlətlər arasında 2015-ci ildə əldə olunmuş sövdələşmədən çıxaraq İran iqtusadiyyatına ciddi zərbə vurub.
 
"Trampın maksimal təzyiq kampaniyası İran xalqına zərər vursa da, iflasa uğrayıb. Biz ona məsləhət görürük ki, əvvəlki siyasətindən nəticə çıxarsın".
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər