Ermənistan COP29-a bu SƏBƏBLƏRDƏN QATILMADI 
Ekskluziv
1141
13 Nov 2024 | 17:20

Ermənistan COP29-a bu SƏBƏBLƏRDƏN QATILMADI 

Hazırda ölkəmiz dünyaca məşhur olan COP29 tədbirinə ev sahibliyi edir.
 
Dünyanın bir çox ölkə başçıları, media nümayəndələri, alimləri, mütəxəsissləri paytaxtımızdadır. Bəs görəsən, iştirakla bağlı Ermənistana dəvət göndərilsə də, onlar bu mötəbər tədbirdə niyə iştirak etməyib?  
 
 
Mövzu ilə bağlı politoloq, professor Toğrul İsmayıl Moderator.az-a danışdı. Bildirdi ki, bunun bir çox səbəbləri var:
 
"Ermənistanın Azərbaycanda keçirilən COP29 iqlim dəyişikliyi tədbirində iştirak etməməsinin bir çox səbəbləri var. Belə ki, həm daxili, həm də xarici siyasətlə bağlı bir çox məqamları qeyd etmək mümkündür. Bütün dünyaya məlumdur ki, Ermənistanın prezidenti Paşinyan müxalifətin tənqidindən çəkinərək hərəkət edir. Ölkədə tam nəzarəti ələ almaq gücünə sahib deyil. Eyni zamanda bu mövzuda onlara xarici qüvvələrin də təzyiqi olacaqdı ki, Paşinyan bunu da nəzərə alıb. Onların COP 29-a qatılmamasının səbəblərindən biri də məhz bu detallar idi. Ümumiyyətlə bununla bağlı söz-söhbətlər danışıldı, müzakirələr aparıldı. Bəlkə də Paşinyan ondan çəkindi. Ermənistan hər zaman ikiüzlü siyasət aparıb. Bu da onlardam biridir. 
 
Onsuz da Ermənistanla diplomatik münasibətlərimiz yoxdur. Bunu bir növ sülh prosesinin qurulması üçün edilən danışıqlarda da gördük. Hələ yolun başındayıq. Azərbaycan üzərinə düşən bütün məsələləri həll edib. Sülh Ermənistan üçün vacibdir".
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər