Ekskluziv
928
13 Nov 2024 | 15:25

"Pentaqon rəhbəri vəzifəsinə təyin olunacaq Pit Heqset kimdir?" - "Reuters"

 
"Mən Amerikanın Avropaya dərindən müdaxilə etməsini və bununla da Putinin son həddə çatdırılmasını istəmirəm..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, yeni müdafiə naziri vəzifəsinə "Fox News" telekanalının aparıcısı 44 yaşlı Pit Heqseti təyin etmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Donald Tramp gələcək administrasiyasında yeni təyinatlarda bağlı gözlənilməz qərarları ilə publikanı təəccübləndirməkdə davam edir.
 
Bu gecə o, istimaiyyətə Amerikanın solçu hərbi zümrəsinə dərin etimadsızlığını göstərən təyinatı barədə məlumat verib.
 
Yanvar ayında Bayden  administrasiyası ilə birgə vəzifəsini tərk edəcək Lloyd Ostinin yerini heç bir yüksək hərbi rütbəsi və xüsusi komandanlıq xidmətləri olmayan Piter Heqset tutacaq.
 
"Mənim üçün kabinetimdə müdafiə naziri vəzifəsinə Pit Heqsetin namizədliyini irəli sürmək böyük şərəfdir. Pit bütün həyatı boyu döyüşüb. O, sərt, ağıllı və hər şeydən öncə Amerikaya həqiqətən inanan şəxsdir. Sükan arxasında Pitin olması düşmənə xəbərdarlıqdır, bizim hərbçilərimiz yenidən böyük olacaq və Amerika heç vaxt geri çəkilməyəcək", - Tramp bəyan edib.
 
Piq Heqset kimdir və onun siyasi baxışları nədən ibarətdir?
 
Son səkkiz ildə "Fox News" telekanalında siyasi şərhçi işləyən Heqset döyüş karyerasına malikdir. Quantanamo körfəzində xidmətdən sonra o, İraqda döyüşüb, tağım komandiri kimi döyüş əməliyyatlarının mərkəzində olub, üç dəfə medallarla təltif edilib.
 
2012-ci ildən Əfqanıstanda qulluq edib, taliblərə qarşı hərbi əməliyyatlarda baş təlimatçı kimi xidmət edib. Pit Heqset veteran təşkilatlarında fəal iştirak edib, ikisinə isə başçılıq edib.
 
Hərbi xidmətdən öncə o, Prinston Universitetində İncəsənət Məktəbini, daha sonra Harvard Universiretində dövlət siyasəti üzrə magistraturanı bitirib.
 
Əvvəllər o, NATO üzrə müttəfiqləri zəifliklərinə görə tənqid edib və deyib ki, Çin öz qonşuları üzərində dominantlıq etmək həddindədir.
 
O, vurğulayıb ki, NATO ölkələri öz müdafiəsinə vəsaitlər xərcləmək istəmir və sadəcə Amerikadan yardım umur.
 
Öz çıxışlarının birində Heqset həmçinin deyib ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, görünür, Putinin "mənim zibilimi özümə ver" prinsipinə əsaslanıb.
 
"Əgər Ukrayna özünü müdafiə edə biləcəksə, bu, əladır, lakin mən Amerikanın Avropaya dərindən müdaxilə etməsini və bununla da Putinin son həddə çatdırılmasını istəmirəm", - Heqset deyib.
 
Bundan öncə Tramp Daxili Təhlükəsizlik Nazirliyinin yeni katibi vəzifəsinə Cənubi Dakota ştatının qubernatoru Kristi Noemi təyin edib. O, əvvəllər ABŞ-ın Ukraynaya hərbi yardımını Rusiyanı Çinlə ittifaqa sövq edən strateji yanlışlıq adlandırıb.
 
Xəbər verildiyi kimi, Tramp ABŞ-ın ordu zümrəsinə qarşı dərin etimadsızlıq göstərir, heç də əsassız olmadan ilk prezidentliyi müddətində onu hakimiyyətdən məhrum etməyə cəhd göstərən isteblişmentin bir hissəsi hesab edir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər