Tramp Putini Ukraynada necə dayandıra bilər? Ən yaxşı yol...-
Ekskluziv
746
07:31, Bu gün

Tramp Putini Ukraynada necə dayandıra bilər? Ən yaxşı yol...-"Vaşinqton-Post"

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün razılığa nail olmaq  istəyirsə, Cozef Baydendən daha sərt olmalıdır.
 
Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, bu fikri “The Washington Post” qəzetinin köşə yazarı, tarixçi və xarici siyasət analitiki Maks But ifadə edib. 
 
Analitik Trampın “Sövdələşmə sənəti” kitabından güclü mövqedən danışıq aparmağın zəruriliyindən bəhs edən bir epizodu sitat gətirib. Amerika prezidentinin fikrincə, ən böyük güc təsir rıçaqlarıdır.
 
Butun fikrincə, bu situasiyada problem məhz ondadır ki, Vaşinqtonun Moskva üzərində yox, Kiyev üzərində böyük təsir rıçaqları var. Məsələn, hərbi yardımın kəsilməsi Ukraynanı çətin vəziyyətə sala bilər və onu demək olar ki, istənilən şərtlərlə sülh axtarmağa məcbur edə bilər.
 
O, hesab edir ki, Trampın ən yaxşı qərarı Putinə müharibəni dayandırmasa, ABŞ-nin Ukrayna ordusuna silah tədarükünü artıracağı və Rusiya ərazisinə uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldıracağı barədə xəbərdarlıq etmək olardış.
 
“Tramp Amerikanın verdiyi hərbi texnikanın istifadəsini məhdudlaşdırmaqla ukraynalıları qəzəbləndirən Baydendən daha sərt davranaraq razılığa gəlməyə cəhd edə bilər”, -deyə analitik vurğulayıb.
 
 
Tarixçinin fikrincə, Putin Trampın Ukraynaya yardımı artıracağına inanarsa, cəbhədə irəliləyişini dayandırmağa meyilli olacaq. Lakin Trampın bundan vaz keçəcəyinə inam onu yalnız ruhlandıracaq.
 
Növbəti problem sülh sazişinə əməl olunmasıdır, çünki Rusiya artıq öz öhdəliklərini pozub. Ona görə də bu cür razılaşmalar Qərb qoşunlarının atəşkəs xətlərində olmasını, eləcə də Ukrayna üçün təhlükəsizlik təminatlarını tələb edəcək. “Tramp nə vaxtsa belə bir qərar verəcəkmi? Bu, şübhəsiz ki, onun təcridolunma instinktlərinə ziddir, lakin o həm də yazır ki, "Mən də çevik olmaqla özümü qoruyuram. Mən heç vaxt bir razılaşmaya və ya bir yanaşmaya bağlanmıram", - deyə But xatırladır.
 
Tarixçi yeni prezidentin Ukraynaya dəstək kursunu dəyişəcəyinə inanmağa meyilli deyil. Eyni zamanda, o hesab edir ki, “əgər uğursuz satıcı kimi görünmək istəmirsə”, bu, Trampın maraqlarına uyğundur.
 
“Tramp başa düşməlidir ki, əgər Ukrayna müharibəni uduzsa və hakimiyyətdə olduğu müddətdə müstəqilliyini itirsə, bu, onun prezidentliyinə ləkə olacaq – necə ki, Əfqanıstandan qoşunların uğursuz çıxarılması Baydenin prezidentliyinin elə bir ləkəsi oldu ki, bundan sonra onun populyarlığı bir daha bərpa olunmadı. Digər tərəfdən, Tramp ukraynalıların yaşaya biləcəyi şərtlərlə Ukraynadakı müharibəni bitirsə, Baydenin bacarmadığına nail olması ilə öyünə biləcək”, - deyə analitik diqqətə çatdırıb.
 
Trampın Ukrayna planı...
 
Xatırladılır ki, amerikalı siyasətçi seçiciləri inandırmışdı ki, o, Ukraynadakı müharibəni 24 saat ərzində bitirə və Amerikanı bu münaqişədən çıxara bilər.
 
O, prezident Vladimir Zelenskini “tarixin ən böyük ticarətçisi” adlandırıb və həmçinin Putinlə yaxşı münasibətlərinin olduğunu bildirib.
 
Lakin seçkilərdə qələbəsindən sonra o, Ukrayna prezidenti ilə telefon danışığı apardı. Bu danışığın təfərrüatları açıqlanmadı, lakin Qərb mediası Trampın Ukraynaya əlavə dəstəkdən imtina etmədiyini bildirdi...
 
S.Laçın
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər