“Müharibə bu ölkədə cəmiyyəti iki qütbə parçalayıb: Döyüşənlər və döyüşməyənlər!”
Ekskluziv
1699
12 Nov 2024 | 21:57

“Müharibə bu ölkədə cəmiyyəti iki qütbə parçalayıb: Döyüşənlər və döyüşməyənlər!”

“Müharibə Ukrayna cəmiyyətini iki qütbə ayırıb. Bunlardan biri döyüşənlər, digərləri isə döyüşməyənlərdir”.

 

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr qeyd edib ki, müharibə davam etdikcə bu qütbləşmənin daha da dərinləşəcəyi, cəmiyyət daxilindəki qarşıdurmanın güclənəcəyi ehtimal edilir.

 

Nəşr bildirib ki, müharibədən sonra da döyüşənlər və döyüşməyənlər probleminin davam edəcəyi ehtimal olunur.

 

Mütəxəssislər hesab edir ki, müharibə dönəmində xaricə qaçan ukraynalıların geri qayıtması ölkə daxilində “döyüşənlər və qaçqınlar” qarşıdurmasını daha da alovlandıra bilər. Hazırda yaxın gələcəklə bağlı məlum problemlər Ukrayna hökumətini düşündürsə də, rəsmi Kiyevin bununla bağlı konkret həll yolları tapmadığı vurğulanır.

 

Seymur ƏLİYEV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər