"Söhbət heç bir tərəflə əlaqəsi olmayan Fələstin texnokratlar Komitəsinin yaradımasından gedir..."
HƏMAS və Fələstin Muxtariyyətində hakim Fələstin Milli Qurtuluş Hərəkatı (FƏTH) partiyası müharibədən sonra Qəzza bölgəsinə birgə nəzarət edilməsi planı üzərində işləyir.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu yaxınlaradək barışmaz rəqiblər bu məsələdə konsensus əldə edib. Planın əsas bəndi heç bir tərəflə əlaqəsi olmayan "Fələstin texnokratlar komitəsi"nin yaradılmasını nəzərdə tutur.
Bu orqanın başlıca vəzifəsi döyüş əməliyyatları başa çatandan sonra yardımın paylanması və bölgənin bərpasına rəhbərlik etməkdən ibarət olacaq.
Nəşr qeyd edir ki, bu məsələdə HƏMAS və FƏTH arasında konsensusa nail olunması ABŞ və İsrailin Qəzzada seçkilərdən sonra müvəqqəti texnokrat hökumətin formalaşmalı olduğunu nəzərdə tutan planın gerçəkləşdirilməsinə kömək edəcək.
"HƏMAS Fələstin fraksiyaları ilə əlaqəli olmayan, bölgədə yardıma nəzarətə və onun bərpasına cavabdeh olan komitəyə açıqdır, bunu Dohada HƏMAS Siyasi Bürosunun üzvü Hüsəm Bədrən bəyan edib.
Fələstin Azadlıq Təşkilatı və Fələstin administrasiyası nümayəndələrinin sözlərinə görə, FƏTH həmçinin Qəzzada belə siyasizləşmiş komitənin yaradılması ideyasına rəğbət bəsləyir və belə formul üzrə saziş ehtimal ediləndir.
Lakin nəşr yazır ki, bu planın gerçəkləşməsi Qəzzada HƏMAS və İsrail arasında atəşkəslə bağlı sövdələşmənin əldə olunmasından asılıdır. Bundan başqa, İsrailin Qəzzada belə komitənin yaradılmasına dəstək verəcəyi aydın deyil.
HƏMAS ilə FƏTH arasında danışıqların yeni raundu 2-4 noyabrda Qahirədə keçirilib. Misirin "Əl-Qahirə əl-İhbariyyə" telekanalı məlumat verib ki, tərəflər Qəzza bölgəsinin Fələstin lideri Mahmud Abbasın fərmanı ilə yaradılan, Fələstin administrasiyası ilə əlaqəli olan və müstəqil nümayəndələr daxil olan qurumun-İctimai Dəstək Komitəsinin vasitəsilə idarə edilməsi məsələsini müzakirə edir.
Telekanalın məlumatına görə, iki fraksiyanın görüşü İordan çayının Qərb sahilinin Qəzzadan ayrılmasına deyil, Fələstin birliyinə nail olunmasına yönəlib.
Nəşr yazır ki, 2005-ci ildə İsrail birtərəfli qaydada öz qoşunlarını bölgədən tamamilə çıxarıb və oradan yəhudi məntəqələrini təxliyə edib. Bunun ardınca Qəzzaya nəzarət Mahmud Abbasın rəhbərliyi ilə Fələstin administrasiyasına verilib.
Lakin Fələstin parlamentinə keçirilən ilk seçkilərdə HƏMAS nümayəndələri qalib gəlib. Onlar bəzi hallarda qan tökülməsilə nəticələnən qarşıdurma yaradıb, bu da təşkilatlar arasında parçalanmaya gətirib çıxarıb.
HƏMAS bölgə üzərində tam nəzarəti ələ keçirib, onların opponentləri isə İudeya və Samariya ərəb yaşayış məntəqələrində hakimiyyətini saxlayıb.
Son zamanlar Mahmud Abbas və onun tərəfdarları Ramallahın Qəzza bölgəsi üzərində yurisdiksiyasının bərpası barədə bəyan edir, lakin HƏMAS bununla razılaşmır.
Bundan öncə məlumat verilib ki, Donald Trampın əvvəlki administrasiyasının məmurları israilli nazirlərə xəbərdar edib ki, ikinci prezidentlik müddətində Trampın İsrailin İudeya və Samariyanın ilhaqına dəstək verəcəyinə bel bağlamasın.