Ekskluziv
1870
09 Nov 2024 | 14:26

"Qərb ölkələrində xaos və sistemli böhran hökm sürür" - Putin

 
"Həqiqət anı yetişir, əvvəlki dünya nizamı birdəfəlik keçmişdə qalıb, növbəti 20 il bəşər tarixində daha mürəkkəb olacaq..."
 
"Tramp cəsarətli adamdır, seçkiöncəki kampaniyanın gedişində o, hər tərəfdən gözümçıxdıya salınsa da, qalib gəlməyi bacarıb..."
 
Rusiya prezidenti Vladimir Putin Soçidə "Valday" Beynəlxalq diskusiya klubunun XXI iclasının plenar sesiyasında çıxış edib və yeni dünya uğrunda mübarizə barədə bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vedomosti.ru" nəşri yazıb.
 
İclasın budəfəki mövzusu "Möhkəm sülh hansı əsasda mümkündür?" adlanır. İclasda 50 ölkənin, o cümlədən Qərb ölkələrindən 22 nümayəndə iştirak edib.
 
Prezident öz çıxışına vaxtilə 7 noyabrda qeyd edilən Oktyabr sosialist inqilabından başlayıb. Onun sözlərinə görə, bu gün dünyaya əsaslı dəyişikliklər dövründə yaşamaq və mürəkkəb problemlərin iştirakçısı olmaq nəsib olub.
 
Yeni dünya uğrunda mübarizə
 
Həqiqət anı yetişir, dünyanın əvvəlki nizamı birdəfəlik keçmişdə qalıb. Bununla birlikdə yeni dünyanın formalaşması uğrunda mübarizə başlayıb. Bu, hakimiyyət uğrunda deyil, prinsiplərin toqquşmasıdır. Bəşər tarixində növbəti 20 il "daha az deyil, daha çox mürəkkəb olacaq".
 
"Təhlükə mahiyyətcə totalitar olan öz ideologiyasının zorla yeridilməsi, normaya çevrilməsidir. Bu gün Qərb liberalizmi ifrat dözümsüzlüyə və istənilən alternativə, istənilən suveren və müstəqil düşüncəyə aqressiyaya çevrilib, bu gün həm neonasizmi, həm irqçiliyi, hətta mülki əhalinin soyqırımına haqq qazandırır", - prezident deyib.
 
Qərb nüvə silahını tətbiq edə bilər
 
Rusiya prezidenti xəbərdarlıq edib ki, təhlükələr artacağı təqdirdə Qərb tərəfindən nüvə silahının işə salınmayacağına heç kim zəmanət verə bilməz. Putinin sözlərinə görə, nüvə silahına malik olanların klubu genişlənir.
 
"Qərbin nüvə silahının ən böyük arsenalına malik olan ölkəni-Rusiyanı strateji cəhətdən məğlub etmək çağırışları Qərb siyasətçilərinin hədsiz avantuizmini nümayiş etdirir. Özünün cəzasızlığı, müstəsnalığına kor-koranə inam dünya faciəsinə çevrilə bilər", - o, qeyd edib.
 
Qərb ideologiyasının zorla yeridilməsi
 
Son illər ABŞ və müttəfiqlərinin siyasətində "kim bizimlə deyilsə, bizim əleyhimizədir" prinsipi daha qabarıq görünür, prezident deyib. "Bura baxın, bu formul çox təhlükəlidir. Belə deyim var: "Nə əkərsən, onu da biçərsən". "Belə siyasət yeritməyə cəhd edən ölkələrin özündə xaos, sistemli böhran artmaqdadır".
 
Bu zaman Putin qeyd edib ki, Rusiya Qərb sivilizasiyasını özünə düşmən hesab etmir "biz və onlar" məsələsini qoymur. Rusiya, əksinə, heç kimi öyrətmək istəmir və öz dünyagörüşünü heç kimə zorla yeritmir.
 
Rusiya lideri vurğulayıb ki, yeni dünyada hegemonluğa yer olmamalıdır. Onun sözlərinə görə, Qərb ölkələri bu faktı anlayanda gələcəyin tələblərinə uyğun olan dünya sisteminun formalaşması prosesi əsl quruculuq fazasına qədəm qoyacaq. "Allah eləsin ki, bu imkan daxilində tez bir zamanda baş versin".
 
Rusiya lideri BRİCS birliyini yeni beynəlxalq şəraitdə əməli əməkdaşlığın yaxşı nümunəsi kimi səciyyələndirib. Onun sözlərinə görə, NATO üzvləri arasında da bu birliklə sıx işləməyə maraq göstərənlər var.
 
Rusiya Qərb sanksiyalarını ram edə bilib
 
Qərb ölkələri Rusiyanı dünya iqtisadi və siyasi sistemindən ayırmaq üçün "misli görünməmiş cəhdlər" edib. O, qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaıarın həcminin tarixdə analoqu yoxdur.
 
"Bizim opponentlərimiz güman edib ki, Rusiyaya elə bir sarsıdıcı nokaut zərbəsi vuracaq ki, daha özünə gələ bilməyəcək, beynəlxalq aləmin əsas elementlərdən biri olmayacaq. Gerçəkdə nələrin baş verdiyini xatırlamağa ehtiyac yoxdur, "Valday" forumunda bu qədər geniş auditoriyanın toplanması özlüyündə hər şeyi deyir", - Putin qeyd edib.
 
NATO anaxronizm kimi
 
Bu gün NATO açıq-aşkar anaxronizmdir, keçmişin qalığıdır. Avropa öz yanaşmalarını dünyanın başqa məkanlarına yaymağa cəhd edərək özünün nizamnamə sənədlərini pozur.
 
"Bu, açıq-aşkar anaxronizmdir. Biz dəfələrlə NATO-nun xüsusilə Sovet İttifaqı və Varşava Müqaviləsinin dağılmasından sonra dağıdıcı rolundan danışmışıq. Alyans özünün əvvəllər bəyan etdiyi formal mövcudluğunun mənasını itirib", - Putin qeyd edib.
 
Öz dəyərini və cazibəsini qoruyub saxlamaq üçün NATO Rusiya və Avropanı öz aralarında "parçalayır". Putin qeyd edib ki, Alyans Rusiyanı məcbur edərək Ukrayna münaqişəsi başlanandan öz istədiklərinə nail olub.
 
Rusiya və Avropa arasında etimadın bərpa edilməsi
 
Rusiya və Avropa ölkələri arasında etimad səviyyəsini yüksəltmək gərəkdir. Münasibətlərdəki əsas problem belə etimad qıtlığındadır. "Biz tədricən qarşılıqlı etimad sisteminə dönməliyik. Bu barədə səhərədək diskusiya aparmaq olar, lakin bu, vahid təhlükəsizlik sisteminin yaradılması üçün ilk addımdır", - Putin deyib.
 
O, AFR-in sabiq kansleri Helmut Kolun bəyanatını xatırladıb: "Əgər Avropa gələcəkdə sivilizasiya kimi qalmaq istəyirsə, bu, yalnız Rusiya ola bilər".
 
Tramp haqqında
 
"Trampın həyatına sui-qəsd olanda onun davranışı məndə təəsüürar yaradıb. O, cəsarətli insandır", - Putin bəyan edib. Onun sözlərinə görə, seçkiöncəki kampaniyanın gedişində "o, hər tərəfdən gözümçıxdıya salınsa da", qalib gəlməyi bacarıb.
 
Putin Trampı ABŞ prezidenti seçkilərində qələbəsi münasibətilə təbrik edib və bəyan edib ki, Rusiya ABŞ-ın "Amerika xalqının etimad edəcəyi" istənilən prezidenti ilə işləməyə hazırdır.
 
Çoxqütblü dünya haqqında
 
Putin əmin edib ki, BRİCS ölkələri ilk növbədə çoxqütblü dünyanın yaradılmasında maraqlıdır. O, həmçinin qeyd edib ki, Rusiya xalqı bütün beynəlxalq iştirakçıların çiçəklənməsi üçün şəraitin yaradılmasına köklənib.
 
"Mən istərdim ki, dünya balanslı olsun, maksimum şəkildə beynəlxalq münasibətlərdə bütün iştirakçıların maraqları nəzərə alınsın", - Putin deyib.
 
Ukrayna haqqında
 
Ukraynanın neytrallığı olmadan Rusiyanın onunla mehriban qonşuluq münasibətlərini təsəvvür etmək çətindir, Putin bəyan edib. O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı sarsıdıcı itkilərə məruz qalıb, təkcə Kursk vilayətində bu itkilər 30 minə çatıb. Onun sözlərinə görə, Kiyevin Kursk vilayətinə hücum etmək qərarı hərbi deyil, siyasi mülahizələrdən irəli gəlib.
Link kopyalandı!
Son xəbərlər