Ekskluziv
403
21:27, Bu gün

"Bizim Qəzzada daha işimiz qalmayıb, ordumuz öz missiyasını başa çatdırıb" - Yoav Qalant

"Girovların azad edilməsi şansından imtina edilməsi İsrail üçün rüsvayçı damğa olacaq..."
 
Qalant Binyamin Netanyahunu volyuntarizmdə ittiham edib
 
İsrailli girovların qohumları məlumat verib ki, bu yaxınlarda müdafiə naziri Yoav Qalantla görüşü zamanı o, bəyan edib ki, İsrail Müdafiə Orsusunun "Qəzza bölgəsində qalmasına səbəblər yoxdur".
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
 
Onun sözlərinə görə, o və İsrail Müdafiə Ordusunun Baş Qərargahı Qəzzada qoşunların qalması üçün təhlükəsizlik mülahizələrinin və ya diplomatik əsasların mövcud olması barədə bəyanatlarına skeptik yanaşır.
 
"Mən sizə deyə bilərəm ki, orada təhlükəsizliklə bağlı mülahizələr yürütməyə heç bir əsas olmayıb. Biz İsrail Müsafiə Ordusunun Komandanı ilə demişik ki, "Filadelfiya dəhlizi"ndə qalmaq üçün heç bir təhlükəsizlik mülahizəsinin əsası yoxdur".
 
"Netanyahu deyib ki, bunlar diplomatik mülahizələrdir, amma mən sizə deyirəm ki, heç bir "diplomatik" mülahizə zərurəti də olmayıb". 
 
"Qəzzada daha bizim işimiz qalmayıb. Əsas məqsədlərə nail olunub, İsrail Müdafiə Ordusu Qəzza bölgəsində öz missiyasını başa çatdırıb. Qorxuram ki, biz orada yalnız kiminsə qalmaq istədiyindən qalmalı olacağıq", - o, deyib.
 
"Biz daha güclü olmayacağıq, bütün düşmən liderlərini aradan götürmüşük, heç kim qalmayıb. Girovların azad edilməsi ilə bağlı sövdələşmənin bağlanması zəruridir. Bu imkan hazırda baş nazirin əlindədir. Bütün yerdə qalanlar ikincili amillərdir", - Qalant vurğulayıb.
 
O, həmçinin bəyan edib ki, İsrailin Qəzza bölgəsində sabitliyin təmin edilməsi üçün qalmalı olduğu ideyasının özü yersizdir və əsgərlərin həyatına risklərdən başqa bir şey deyil.
 
Sabiq nazir girovların ailələrinə Netanyahudan HƏMAS-la "iyul ayında irəli sürülən şərtlər daxilində" sövdələşməyə getməyə nail olmağa çağırış edib. Onun sözlərinə görə, əks halda "girovların azad edilməsi şansından imtina edilməsi İsrail üçün rüsvayçı damğa olacaq".
 
"Əgər biz bu və ya digər ərazidən qoşunlarımızı çıxarırıqsa, həmişə oralara dönə bilərik, - Qalant izah edib. - Əgər biz girovları itirsək, onları qaytarmaq daha mümkün olmayacaq. Sövdələşmə bağlanmasının əleyhinə olan bütün dəlillər hərbi deyil, siyasi mülahizələrlə bağlıdır".
 
Qalantın sözlərinə görə, sövdələşmə ilə bağlı bütün qərarlar Netanyahu tərəfindən təkbaşına qəbul edilir. Qalantın bu bəyanatı onun baş nazirlə aralarında kəskin ixtilafların olduğunu sübut edir.
 
Qeyd edək ki, Qalantın istefası barədə qərar bu gün qüvvəyə minir və bu axşam Knessetdə onun yerinə XİN rəhbəri İsrael Katsın təyin edilməsi, habelə Qideon Saarın xarici işlər naziri vəzifəsinə təyin edilməsi ilə bağlı səsvermə keçiriləcək.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər