Tramp Ukrayna müharibəsi ilə bağlı elə bir addım ata bilər ki...
Ekskluziv
620
14:43, Bu gün

Tramp Ukrayna müharibəsi ilə bağlı elə bir addım ata bilər ki...

ABŞ-ın yeni prezidenti Donald Tramp böyük əksəriyyətin düşündüyünün əksinə olaraq, Ukraynaya silah yardımını davam etdirə, hətta bu yardımın miqysını daha da artıra bilər.

 

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, Tramp seçkidən öncə və seçki müddətində verdiyi açıqlamalara zidd olaraq, Ukraynaya silah yardımını davam etdirə bilər.

 

Nəşr bu ehtimalı qüvvətləndirən amil kimi Trampın hələ 2017-ci ildə Ukraynaya silah göndərməsi faktını yada salıb. Məqalə müəllifi qeyd edib ki, o zaman artan Rusiya təhlükəsinə cavab olaraq, Tramp Ukraynanın silahlandırılmasını vacib hesab etmişdir. Trampın Ukraynaya göndərdiyi silahlar içərisində tank əleyhinə “Javelin” raketləri də mövcud idi ki, 2022-ci ildə başkayan Rusiya hücumu zamanı bu raketlər rus tanklarının məhv edilməsində mühüm rol oynadı.”Javelin”lər Rusiyanın tanklarını dəqiq zərbələrlə sıradan çıxarmaqla rusların hücumunun sürətini və effektivliyini xeyli dərəcədə aşağı saldı, Ukrayna ordusunda döyüş əhval-ruhiyyəsinin yüksəlməsinə təkan verdi.

 

Nəşr hesab edir ki, bütün proqnozların əksinə olaraq, Trampın Ukraynaya dəstəyi davam etdirmək ehtimalı var və bu ehtimal düşünüldüyü qədər də az deyil.

 

Seymur ƏLİYEV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər