Azərbaycanda qurd, həşəratla bağlı QEYRİ-ADİ BİZNES növü
Ekskluziv
2172
07 Nov 2024 | 11:15

Azərbaycanda qurd, həşəratla bağlı QEYRİ-ADİ BİZNES növü

“3-4 ildir ki, bu bizneslə məşğulam. İstixana tipli kiçik bir təsərrüfatım var, qurdları orada saxlayıram. Əksəriyyəti “moryo” sortu qurdlardır. Un qurdudur. Bundan başqa bir də tarakan var. Həşəratlarımız artır. Bu biznes yeni olsa da tələbatlıdır. Gələcəkdə başqa qurdlar da yetişdirəcəyik” Bunu Moderator.az-a açıqlamasında qeyri-adi biznes sayılan qurd satışı ilə məşğul olan Rəşad Həmzəli deyib. O daha sonra əlavə edib.
 
“Bu qurdları labaratoriya əməkdaşları alır. Hansı ki, onların üstündə iş aparırlar. Daha sonra heyvanlara yedirtmək üçün də alanlar olur. Daha çox tutuquşu, quş, sürünən heyvanlar yeyir bu qurdları. Aqama və kərtənkələnin əsas yemidir. Quşçuluq və balıqçılıq təsərrüfatında da qurdlardan istifadə edilir. Hər qurdun öz istilik temperaturu var. Soyuqa dözümlülüyü yoxdur. İsti, otaq şəraitində saxlanılır” deyə sahibkar bildirib.
 
 
O ki, qaldı qurdların qiymətinə:
 
“İri “moryo” qurdlarının bir kiloqramı 120 manatdır. Kilodan çox alana 100 manata veririk. Çatdırılma da bizlik olur. Qara böyük tarakanların biri 60 qəpikdir. 100 ədəddən çox alana 50 qəpiyə satıram. Un qurdlarının bir kiloqramı 80 manat, yarım kilosu isə 40 manata düşür. Azərbaycanın bir çox bölgələrindən sifarişlərimiz var. Televiziyada təhlükəli, estrim verilişlərlə bağlı daha çox müraciət edirlər. Əksəriyyətinə biz göndəririk” deyə o bildirib.
 
Rəşad Həmzəli deyir ki, çox insan bu biznesi qeyri-adi qarşılayır:
 
 “Bu biznesi qeyri-adi qarşılayanlar da olur. Mən onlara fikir vermirəm. İşdən gəlirəm, nə qədər yorğun-arğın olsam da gedib onların təmizliyini edirəm, su ehtiyaclarını qarşılayıram. Bu bir növ xobbidir də. Həm işləyirəm, həm də əylənirəm. Heyvanlara qarşı nəzakətli davranmaq lazımdır. Unutmayaq ki, qurddur deyib ayağımızla əzdiyimiz, zərər yetirdiyimiz həşəratlar da canlıdır” deyə müsahibimiz bildirib.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər