Ekskluziv
389
16:36, Bu gün

"Tramp iliyinədək biznesmen olaraq qab dibi yalayan müftəxorlara pul xərcləməz" - Medvedev

 
"Trampın qlobal məsələlərdə "güc vasitəsilə sülh" yanaşması Ukraynada ədalətli sülhü yaxınlaşdıra biləcək prinsipdir..."
 
Dünya liderləri Trampı qələbə münasibətlə təbrik edib
 
Dünya liderləri ABŞ prezidenti seçkilərində vitse-prezident Kamala Harris üzərində qələbə qazanan Donald Trampı tələm-tələsik təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Ukrayna prezidenti Vladimir Zelenski öz təbrikində Trampla sentyabr ayındakı görüşünü xatırladıb: "Biz Ukrayna və ABŞ arasında strateji tərəfdaşlığı, Qələbə planını və Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoyulmasını müfəssəl müzakirə etdiyimizi yaxşı xatırlayırıq".
 
"Mən prezident Trampın qlobal məsələlərdə "güc vasitəsilə sülh" yanaşmasına sadiqliyini qiymətləndirirəm. Bu, praktiki olaraq Ukraynada ədalətli sülhü yaxınlaşdıra biləcək məhz həmin prinsipdir. Mən bunun birgə həyata keçirəcəyimizə əminəm. 
 
Biz prezident Trampın qətiyyətli rəhbərliyi ilə güclü Amerika Birləşmiş Ştatlarının erasının başlanmasını səbirsizliklə gözləyirik. Biz Ukraynaya dəyişməz ikipartiyalı dəstəyinə bel bağlayırıq", - Zelenskinin təbrikində deyilir.
 
"Biz hər iki ölkəmizə fayda gətirəcək qarşılıqlı faydalı siyasi və iqtisadi əməkdaşlığın inkişafında maraqlıyıq. Ukrayna Avropanın ən güclü hərbi dövləti olaraq Avropada və Transatlantika birliyində müttəfiqlərimizin dəstəyi ilə uzunmüddətli sülh və təhlükəsizliyə sadiqik", - o, əlavə edib.
 
NATO baş katibi Mark Rütte öz təbrikində bəyan edib ki, özünün ilk prezidentlik müddətində Tramp "ABŞ-ın güclü liderliyini" nümayiş etdirib və bu, Şimali Alyansı möhkəmləndirib. Rütte əlavə edib ki, "NATO ölkələri vasitəsilə sülhün irəliyə aparılması üçün" Trampla işləmək imkanını səbirsizliklə gözləyir".
 
Rütte birbaşa Ukrayna ilə bağlı Alyansın üzləşdiyi problemləri xatırladıb. "Biz bütün dünyada artan təhlükələrlə üzləşirik. Bunlar daha təcavüzkar Rusiya, terrorçuluq, Çinlə strateji rəqabət, habelə Çin, Rusiya, Şimali Koreya və İranın getdikcə artan sıx birləşməsidir".
 
10 il ərzində Hindistanın baş naziri vəzifəsində olan Modinin Trampla onun birinci prezidentlik müddətində dostcasına münasibətləri olub, Tramp onu "mənim dostum Modi" adlandırıb.
 
"Əvvəlki uğurlarımızı inkişaf etdirərək mən Hindistanla ABŞ arasında bundan sonra da hərtərəfli qlobal və strateji tərəfdaşlıq üçün əməkdaşlığımızın bərpasını səbirsizliklə gözəyirəm. Gəlin, xalqlarımızın rifahı naminə birgə işləyək və qlobal sülh, sabitlik və çiçəklənməyə kömək edək", - Modinin təbrikində deyilir.
 
Böyük Britaniya baş naziri Kir Starmerin təbrikində deyilir:
 
"Ən yaxın müttəfiqlər kimi biz çiyin-çiyinə dayanaraq ümumi dəyərlərimiz olan azadlıq, demokratiya və sahibkarlığı müdafiə edirik. Mən inanıram ki, bir çox illər ərzində Böyük Britaniya ilə ABŞ arasında inkişaf və təhlükəsizlikdən innovasiya və texnologiyalaradək xüsusi münasibətlər Atlantikanın hər iki tərəfində çiçəklənməkdə davam edəcək".
 
Fransa prezidentinin təbriki kifayət qədər qısa olub: "Mən dörd il ərzində olduğu kimi Sizin və mənim əqidəmlərimiz, hörmət və ambisiyalarımızla daha çox sülh və çiçəklənmə üçün birgə işləməyə hazıram", - o, "X" sosial şəbəkəsində yazıb.
 
Avropa Şurasının prezidenti Şarl Mişel də Donald Trampı təbrik edib:
 
"Bizi möhkəm birlik və tarixi bağlar birləşdirir. Müttəfiq və dostlar kimi Avropa Şurası bizim əməli əməkdaşlığımızın davam etdiriləcəyinə ümid edir. Avropa Şurası güclü, vahid, rəqbətqabiliyyətli və suveren tərəfdaş kimi öz yoluna davam edəcək, bu zaman qaydalara əsaslanan çoxtərəfli sistemi müdafiə edəcək", - o, yazıb.
 
Trampı təbrik edənlər arasında Niderland, Avstriya, Çexiya, Rumıniya, İsveç və digər Avropa və dünya liderləri də olub. İsrail baş naziri Binyamin Netanyahu Trampı ilk təbrik edənlər arasında olub.
 
Rusiyanın da səsi çıxıb, sabiq prezident, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmutri Medvedev özünün "Telegram-kanal"ında yazıb:
 
"Trampın bizim üçün bir faydalı keyfiyyəti var, o, iliyinədək biznesmen olaraq hər cür qab dibi yalayan müftəxorlara- ağılsız müttəfiqciklərə, səfeh xeyriyyə layihələrinə və acgöz beynəlxalq təşkilatlara pul xərcləməyi qəti sevmir. Zəhərli Bandera Ukraynası da bu sıradadır.
 
Məsələ Trampın müharibəyə nə qədər pul verməyə vadar ediləcəyındədir. O, inadkar olsa da, sistem güclüdür. İstənilən halda bu gün Kiyevdəki yaşıl əclaf xirtdəyinədək ağ toza batacaq", - o, yazıb, Trampı qələbə münasibətilə təbrik etməyi isə ozünə rəva bilməyib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər