"Çin narazılıq əlaməti olaraq hadisələrin inkişafı ilə bağlı susqunluq nümayiş etdirir..."
Rusiya ilə Şimali Koreya arasında formalaşan alyans Çin lideri Si Tszinpin üçün daha bir problem yaradır, çünki Pekin özünün iki ən yaxın diplomatik tərəfdaşlarının cilovlaması tələbilə getdikcə artan beynəlxalq təzyiqə məruz qalır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Cənubi Koreyanın yüksək vəzifəli məmuru məlumat verib ki, KXDR qoşunlarının Ukraynada yerləşdirilməsi Çinin maraqlarına cavab vermir və əlavə edib ki, Seul Pekinin rəsmi şəxslərindən münaqişədə məsuliyyətli rol oynamağı xahiş edib.
"Si Tszinpin üçün bu, təhlükəli zamanda meydana çıxan diplomatik baş ağrısıdır. ABŞ başda olmaqla yeni dünya düzəninə meydan oxuyan Çinin son illər Rusiya və Şimali Koreyanın ən böyük hamisi olduğuna rəğmən, Pekin Ukraynada müharibə ilə bağlı özünü neytral tərəf kimi göstərib.
Çin eyni zamanda ABŞ və müttəfiqlərilə münasibətlərin yaxşılaşmasına can atıb. Çin iqtisadiyyatının tənəzzüldə olduğu və ixracla dəstəkləndiyi səbəbindən o, bu və ya digər dərəcədə sabit xarici münasibətlərdə maraqlıdır", - məqalədə deyilir.
Qeyd edilir ki, Putin və Kim arasında tərəfdaşlıq Si Tszinpinin hər iki cəbhədəki ehtiyatlı balansını pozur. Rusiya və Şimali Koreya arasında münasibətlər Çinə iqtisadi təzyiqi gücləndirməklə yanaşı, Pekinin ABŞ-ın regionda hərbi ittifaqlara malik olmaması dəlilini sarsıdır.
Çin Mərkəzinin elmi əməkdaşı Con Tornton və Brukinqs İnstitutunun elmi əməkdaşı Patrisiya Kim bunları qeyd edib:
"Pekin Pxenyan və ya Moskvanı yadlaşdırmamaq üçün ehtiyatlı olacaq. Lakin Şimali Koreya tərəfindən eskalasiya gücləndirildikcə, bu, Çin liderini özünün Avropa, Asiya və Amerika həmkarları ilə sakit diplomatiyada iştirakına sövq edə bilər".
Jurnalistlər qeyd edir ki, Çinin Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsinə susqunluq nümayiş etdirməsi onun Kim Çen In tərəfindən geosiyasi landşafta əlavə risklər yaradacağından narazılığının ifadəsidir.
Asiya Cəmiyyəti siyasəti İnstitutunun Təhlil Mərkəzində Çin siyasəti üzrə elmi əməkdaşı Nil Tomsonun sözlərinə görə, Rusiyaya müharibəyə son qoymaq tələbi "Pekini vacib tərəfdaşdan məhrum edə bilər".
"Pekin bu məsələyə Moskva ilə özünün artan diplomatik, iqtisadi və hərbi əməkdaşlığını sarsıda biləcək formada çətin ki, münasibət bildirsin. O, böyük ehtimalla, özünün Pxenyan ilə qarşılıqlı əlaqəsini gücləndirəcək", - o, izah edib.