Ekskluziv
616
13:56, Bu gün

"Trampın qələbəsinin Ukrayna üçün başlıca təhlükələri" - CNBS telekanalı

 
"Qərbin dəstəyinin azalması və maliyyə yorğunluğu fonunda Ukraynanı qeyri-sabit gələcək gözləyir..."
 
ABŞ prezidenti seçkilərində qələbə qazanacağı təqdirdə Donald Tramp artıq noyabrın 6-da Rusiya diktatoru Vladimir Putinə zəng vura bilər. Eyni zamanda Ukraynada müharibə ilə bağlı gələcək danışıqların müzakirəsi 2025-ci ilin ilk aylarında başlaya bilər.
 
Moderator.az xəbər verir ki, CNBS telekanalı hadisələrin belə proqnozunu təqdim edib. 
 
Qeyd edilir ki, Ukraynada Birləşmiş Ştatlarda səsvermənin gedişini diqqətlə izlənilir. Tramp administrasiyası və sərt ovqatda olan respublikaçılar Ukraynaya böyük həcmdə hərbi yardım göstərilməsinə neqativ münasibət göstərir, bu da onun Rusiya ilə mübarizəsini davam etdirmək qabiliyyətini xeyli zəiflədəcək.
 
Lakin hətta Ukraynaya yardımı davam etdirməyi vəd edən və Kiyevə dostcasına münasibət göstərən Kamala Harrisin rəhbərlik etdiyi administrasiya amerikalı qanunvericilərini Ukraynaya daha çox maliyyə dəstəyinin göstərilməsinə inandıra bilməyəcək.
 
Ukrayna üçün seçkilərdən sonra Konqresdə demokratların, yoxsa respublikaçıların dominantlıq edəcəyi həlledici amil olacaq. Bu, gələcək prezidentin nə qədər hakimiyyətinin olacağı və Ukraynaya yardımı nə dərəcədə dəstəkləyəcəyi və ya buna mane olacağı məsələsində həlledici amildir.
 
Donald Tramp dəfələrlə belə fikir söyləyib ki, o, Kiyevə hərbi yardımı dayandıracaq və seçildikdən 24 saat sonra müharibəyə son qoyacaq.
 
Analitiklər deyir ki, Trampın müharibəyə məcburi son qoyulması üsulu kimi maliyyəşmənin əngəllənməsini nəzərdən keçirməsi ehtimal ediləndir.
 
Onun seçkiöncəki yarışmada silahdaşı Cey-Di Vens Ukraynaya bundan sonra yardım göstərilməsinin əleyhinədir və ABŞ-ın Kiyevin Rusiya ilə sülh sazişinin bağlanmasına və ərazi güzəştlərinə hazır olmasına şirnikləndirməli olduğunu iddia edir.
 
Səsvermənin nəticələrindən asılı olmayaraq, analitiklər belə ümumi fikrə gəlir ki, Qərbin dəstəyinin azalması və maliyyə yorğunluğu fonunda Ukraynanı qeyri-sabit gələcək gözləyir.
 
"ABŞ-da prezident seçkiləri Ukrayna üçün maksimal təhlükə nöqtəsidir. Donald Trampın qələbəsi ona gətirib çıxara bilər ki, o, artıq noyabrın 6-da Rusiya prezidenti Vladimir Putinə zəng edə bilər. İstənilən belə zəng münaqişənin 2025-ci ilin ilk aylarında başlayacağı mümkün danışıqlar yolu ilə nizamlanmasına olan gözləntilərinə başlanğıc olacaq", - bunu Birləşmiş Xidmətlər Kral İnstitutunun müdafiə məsələləri üzrə analitik mərkəzin baş elmi əməkdaşı Tim Villeyzi-Vilsi deyib.
 
Onun sözlərinə görə, istənilən belə sazişdə Ukrayna prezidenti Vladimir Zelenski çətin ki, Rusiya tərəfindən işğal edilmiş Krımı və Donbas ərazilərini geri qaytarmağa və ya ölkəsinə vurulmuş böyük itkilərə görə reparasiyalar əldə etməyə nail ola biləcək.
 
Həmçinin ehtimal edilir ki, münaqişənin danışıqlar yolu ilə nizamlanması rusiyalı məmurların hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunmayacağını nəzərdə tutacaq.
 
"Sülh sazişinin Ukraynanın gələcəkdə NATO üzvü olacağı kimi müqəddəs vəzifəyə son qoyması daha böyük zərbə olacaq", - nəşr yazıb.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər