Bizi sosial şəbəkələrdən izləyin:
“Arif Babayev mənə konservatoriyada bir qızı, övladı kimi çox böyük hörmət edib, sayğı göstərib. Bunu mənim tələbə yoldaşlarımın hamısı bilir. Hətta Arif Babayevdən mənim haqda soruşmuşdular, o mənə dərs demədiyini bildirmişdi. Onun bu sözündən qətiyyən incimədim, o ustad sənətkardır. Ona görə də bir kəlmə belə münasibət bildirmədim. Sadəcə olaraq qabağa getməyimə imkan yaratmayıb. Bu mənə də sual olaraq qalır. Ondan bilərəkdən müsahibəni alıb, mənə qarşı qoymuşdular. Mən inanmıram ki, Arif müəllim sərt, tənqidi danışsın. Sənətimi kölgədən salmağa çalışırdılar. Arif Babayev məni tanıyırdısa o piramidadan cavab verməli idi. Kiminsə rəyi, düşüncəsi ilə yox”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Maral Tahirqızı deyib.
O daha sonra təhsil aldığı illəri xatırlayıb:
“Nəzakət Teymurova məndən əvvəl Arif Babayevin tələbəsi olmuşdu. Sevinc Sarıyeva, Vaqif Şıxəliyev də bizim vaxtımızda konservatoriyada oxuyurdu. Mənsum İbrahimov artıq dərs deyirdi. Sabir Abdullayev həm müəllim idi, həm də Arif Babayevin yanında muğam öyrənirdi. Çox müəllimlər gördüm, dərs aldım. Qəzənfər Abbasovdan da dərs almışam. Bir müddət əvvəl saytlar mənə qarşı qara piyara əl atdılar. Mənə qarşı olan qara piyarlar da paxıllıqan başqa heç nə deyildi. Çünki mənim səsim, sənətim güclüdür”.
Maral Tahirqızı bildirib ki, sənətə yeni başlayanda mağaza işlədib. Ordan əldə etdiyi qazancı isə sənətinə yatırıb:
“O illərdə maddiyat az idi. Həm konservatoriyada oxuyurdum, həm də mağaza işlədirdim. Mağazadan gələn gəliri mahnı yazdırmağa, sənətimə, təhsilimə həsr edirdim. Özümə sponsorluq edirdim, heç kimdən asılı deyildim. Bu gün də mən sənətimi öz gücümlə, halal qazancımla, zəhmətimlə inkişaf etdirmişəm. Heç kəs kənardan gətirib mənə nəsə verməyib. Pul veriblərsə də oxumağım üçün veriblər. Sponsor istəməmişəm, nə də istəmirəm. Heç axtarmamışam da. Bircə dəfə bir xanım mənə yazdı ki, olarmı filan mahnını oxuyasız, səsyazmanın pulunu mən ödəyim? Bircə dəfə ona görə mənə kömək ediblər”.