"Qarşıdakı dörd ildə Ağ Ev sahibinin kim olacağını tərəddüd edən ştatlarda səsvermənin nəticələri müəyyən edəcək..."
Çərşənbə günü, noyabrın 6-da ABŞ-da bu ərəfədə ümumi seçkilərdə verilən səslərin hesablanması davam edir, onların arasında ən çox diqqəti cəlb edən ABŞ prezidentinin seçkiləridir.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Amerikanın aparıcı nəşrlərinin proqnozlarına görə, səslərin hesablanması zamanı Donald Tramp liderdir.
Seçkilərdə qələbə qazanmaq üçün namizəd seçicilər kollegiyasının 538 üzvündən 270-nin dəstəyini qazanmalıdır.
Tərəddüd edən elektoratı olan yeddi həlledici ştatlarda səsvermə faktiki olaraq qalibi müəyyən edəcək, onlardan üçü-Pensilvaniya, Arizona və Nevada ştatları xüsusilə mühüm rol oynayır. Bu ştatların hamısında Tramp inamla irəlidədir.
Amerikalılar eyni zamanda senatorların üçdə birini (ABŞ Senatı), bütün konqresmenləri (ABŞ Nümayəndələr Palatası), qubernatorların bir hissəsini (56-dan 13-nü), merləri seçir.
Bundan başqa, seçki dairələri və ştatlarında referendumlar keçirilib. Məsələn, 10 ştatda qadınların abort hüququ ilə bağlı referendum keçirilib.
Hadisələrin xronologiyası:
06:40 İlk həlledici Şimali Karolina ştatı üzrə Tramp qalib gəlir. Bu, ona seçicilər kollegiyasının daha 16 səsini qazandırır.
06:35 "The Washington Post": respublikaçıların Senatda üstünlüyü artıb. Səslərin sayılması başa çatıb.
06:30 "The New York Times":
Tramp-seçicilər kollegiyasının 230 səsini qazanıb
Harris-seçicilər kollegiyasının 200 səsini qazanıb.
Trampın qələbə qazanmaq şansı 89 % təşkil edir. Proqnozlara görə, nəticədə Tramp 301, Harris 237 səs əldə edəcək.
Senat:
Respublikaçılar-50
Demokratlar-40.
ABŞ Nümayəndələr Palatası (Konqresin aşağı palatası):
Respublikaçılar-167
Demokratlar-119.
Prezident seçkilərinin mərhələləri:
23 yanvar 2024-cü il-seçki kampaniyasının başlanması
5 noyabr-ümumi səsvermə
17 dekabr-ümummilli səsvermə
17 dekabr-seçicilər kollegiyasının səsverməsi son sözünü deyəcək, daha sonra onların səsləri ABŞ Konqresinə göndəriləcək.
ABŞ-da seçici kollegiyasının cəmi 538 üzvü var, əhalinin sayına görə müxtəlif ştatlarda onlarln sayı fərqlidir. Qələbə üçün namizəd onun ən azı 270 üzvünün dəstəyini qazanmalıdır.
19 dekabr-bütün ştatlarda seçkilərin son nəticələri təsdiq edilməlidir.
6 yanvar 2025-ci il-ABŞ Konqresi seçici kollegiyasının nəticələrini təsdiq edəcək.
20 yanvar 2025-ci ildə ABŞ prezidentinin andiçmə mərasimi keçiriləcək.
ABŞ-da seçkilərin nəticələri nələri müəyyən edir?
Səs verənlərin simpatiyaları bir qayda olaraq əksəriyyət ştatlarda stabildir. Əksəriyyət ştatlarda majoritar sistemin qüvvədə olduğunu nəzərə alaraq (Men və Nabraski ştatlarından başqa, "qalib hər şeyi əldə edir"), hər dəfə bir sıra ştatlarda səsvermənin nəticələri aydın olmur. Bunlar tərəddüd edən və ya həlledici ştatlar adlanır. Hazırkı kampaniyada bunlar aşağıdakılardır:
Pensilvaniya (19 seçici)
Corciya (16)
Şimali Karolina (16)
Miçiqan (15)
Arizona (11)
Viskonsin (10)
Nevada (6).
Bu ştatlarda səsvermənin nəticələri qarşıdakı dörd ildə Ağ Ev sahibinim kim olacağını müəyyən edəcək.