Bizi sosial şəbəkələrdən izləyin:
"BBC"-nin("Bi-Bi-Si" 100-dən çox əməkdaşı şirkəti Qəzza zolağında baş verənləri İsrailin xeyrinə qərəzli işıqlandırmaqda ittiham edib.
Moderator.az xəbər verir ki, bu haqda Böyük Britaniyada nəşr olunan, lakin Qətər hökuməti tərəfindən maliyyələşdirilən "The Middle East Eye"("Yaxın Şərqin gözü") portalı məlumat yayıb.
"BBC"-nin aparıcısı Tim Deyvi və baş icraçı Debore Ternessə İsrailin hərbi cinayətləri haqqında reportaj hazırlayarkən "İsrailə dəstək verən işıqlandırma" və "jurnalistikanın fundamental prinsiplərinə" riayət edilməməsinin pislənildiyi məktub göndərilib. Müraciəti 230 nəfər, o cümlədən "BBC"-nin 100 əməkdaşı, eləcə də digər KİV-lərin jurnalistləri, elm və mədəniyyət işçiləri imzalayıb.
“Qeyri-adekvat işıqlandırmanın nəticələri əhəmiyyətlidir. Heç bir televiziya reportajı, məqalə və ya radio müsahibəsi İsrailin iddialarına qarşı çıxmır, əksinə, hamısı fələstinliləri insanlıqdan kənar adamlar kimi təqdim edir", -məktubda belə deyilir:
Jurnalistlər "BBC"-nin reportajlarına ictimai etimadın yüksək səviyyəsini vurğulayaraq, Qəzzadakı müharibənin işıqlandırılmasının bu media qurumunun müstəqilliyinə xələl gətirməsindən və onun qərəzsizliyini şübhə altına almasından şikayətləniblər.
Müraciət müəllifləri "BBC"-ni Qəzzadakı hadisələri işıqlandırarkən “İsrailin xarici jurnalistləri anklavlara buraxmadığını, İsrailin iddialarının kifayət qədər əsası olmadığını vurğulamağa, İsrail cinayətlərini başlıqlarda işıqlandırmağa, 2023-cü il oktyabrın 7-dən əvvəl Qəzza zolağında baş verən hadisələrin kontekstinə istinad etməyə və həmçinin müsahibələrdə İsrail nümayəndələrinə meydan oxumaqdan çəkinməməyə çağırıb.
Xatırladılır ki, keçən il "Əl-Cəzirə" "BBC"-nin Qəzza müharibəsi ilə bağlı yayımını tənqid edərək, Britaniya yayımçısını Ukraynadakı münaqişəni işıqlandırması ilə müqayisədə ikili standartlarda ittiham edib.
S.Laçın