Bizi sosial şəbəkələrdən izləyin:
Uşaqlığımızın türk serialı olan "Sihirli Annem" serialında Çilek obrazını canlandıran Zeynep Özkaya evliliyə ilk addımını atıb.
Moderator.az xəbər verir ki, Oğulcan Canla nişanlanan Özkaya mərasimdən fotoları izləyiciləri ilə paylaşıb. Gizem Güven də keçmiş həmkarını tək qoymayıb.
2003-2012-ci illərdə yayımlanan "Sihirli Annem " uşaq serialında rol alan və " Çilek " obrazı ilə məşhurlaşan Zeynep Özkaya uzun müddətdir, bir neçə aydır birlikdə olduğu Oğulcan Candan evlilik təklifi alıb.
26 yaşlı Özkaya xoşbəxt olduğunu bildirib:
"İnanılmaz dərəcədə xoşbəxtəm".