Bizi sosial şəbəkələrdən izləyin:
"Fələstin Azadlıq Təşkilatı Qəzzanı idarə edəcək koalisiyada başlıca rola təkid edib..."
HƏMAS (İslam Müqavimət Təşkilatı) və FAT (Fələstin Azadlıq Təşkilatı) Qahirədə aparılan danışıqlarda müharibədən sonra Qəzza bolgəsinin idarə edilməsi üçün birgə administrasiya yaradılması ilə bağlı razılığa gəlib.
Moderator.az xəbər verir ki, bu barədə Qətərin Londonda nəşr edilən "Əl-Ərəbi Əl-Cədid" qəzeti HƏMAS-ın yüksək vəzifəli məmuruna istinadən məlumat verib. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
Məlumatda deyilir ki, Fələstin Azadlıq Təşkilatı Qəzzanı idarə edəcək koalisiyada özünün əsas roluna təkid edib.
Administrasiya Komitəsi mülki idarəetmə, humanitar yardımın paylanması və bölgə sərhədlərində nəzarət-buraxılış məntəqələrinə nəzəratlə məşğul olacaq. İsrail üçün vacib olanı keçmişdə HƏMAS silahlarının böyük hissəsisinin daxil olduğu Rafahda NBM-in kimin əllərində olacağıdır.
Qeyd edək ki, HƏMAS nümayəndə heyəti Siyasi Büro rəhbərinin müavini Xəlil Əl-Həyyanın başçılığı ilə iki gün Qahirədə olub. Nümayəndə heyətinin bir hissəsi HƏMAS ilə saziş məsələsini müzakirə edib, digər hissəsi diqqətini atəşkəslə bağlı sazişə yönəldib. İsrail ilə sövdələşmənin mümkünlüyü Misir kəşfiyyatının iştirakı ilə müzakirə edilib.
Məlumatda deyilir ki, HƏMAS nümayəndə heyətinin tərkibində əvvəllər danışıqlarda iştirak etməyən yeni simalar olub. Bu, danışıqlarda irəliləyiş əldə etməyə şans verir.
Misirlilər HƏMAS-ı İsrailin tələbləri əsasında razılığa gəlməyə sövq etməyə can atır, lakin təşkilat hələlik öz tələblərindən geri çəkilməyib və yalnız Qəzzada müharibənin bitməsindən sonra sövdələşməyə hazır olduğunu bəyan edir.
Bu arada isə Mossad rəhbəri David Barnea bu günlər girovların ailələri ilə görüşüb və deyib ki, "mübadilə üzrə sazişin bağlanması şansı çox azdır", çünki HƏMAS Qəzzada müharibəyə son qoyulması və İsrail qoşunlarının çıxarılmasına təkid edir. Barnea deyib ki, indiyədək vasitəçilər son təkliflərə münasibət bildirməyib.