“Ermənistana kim hücum edir ki, onun özünümdafiəyə də ehtiyacı yaransın?”
Ekskluziv
1134
04 Nov 2024 | 20:19

“Ermənistana kim hücum edir ki, onun özünümdafiəyə də ehtiyacı yaransın?”

“Qərbin Ermənistana göstərdiyi hərbi yardımın özünümüdafiə və s. kimi amillərlə heç bir əlaqəsi yoxdur. Qərb Ermənistanı müharibəyə hazırlayır və onun əsas məqsədi məhz budur”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistana verilən silahların təyinatı da məhz bundan xəbər verir:

 

“Qərb müxtəlif adlar, bəhanələrlə Ermənistanı silahlandırır. Bunun özünümdafiə hüququ və s. ilə bağlı olduğu bildirilir.

 

Maraqlıdır, söhbət hansı özünümüdafiədən gedir? Ermənistana kim hücum edir ki, onun özünümdafiəyə də ehtiyacı yaransın? Axı bundan öncə də heç kim Ermənistana hücum etməyib. Əksinə, Ermənistan özü Azərbaycana qarşı terror hücumları təşkil edib, soyqırımları törədib.

 

Bütün bunlar onu göstərir ki, Ermənistanın özünümüdafiəsi ilə bağlı səsləndirilən fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Bütün bunlar Qərbin Ermənistanı silahlandırmasına haqq qazandırmaq vasitəsidir. Lakin hər kəs bilməlidir ki, əgər Ermənistan Azərbaycana münasibətdə eyni tarixi səhvi təkrar edərsə, o zaman eyni qətiyyət və sərtlikdə cavab alacaq, etdiyi əmələ peşman olacaq”.

 

Seymur ƏLİYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər